Cəlilabad rayonuna yeni icra başçısı təyin edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bu barədə prezidentin rəsmi saytı xəbər yayıb.
Mənbə:> Virtualaz.org