Bakıda Veronika Dudarovanın 100 illiyi münasibətilə yubiley gecəsi keçiriləcək
AzNews.info xəbər verir ki, Şimali Osetiya-Alaniya Respublikasının Mədəniyyət Nazirliyinin xahişi ilə 1916-cı ildə Bakıda anadan olmuş görkəmli osetiyalı dirijor, SSRİ Xalq artisti Veronika Dudarovanın 100 illiyi münasibətilə (1916-2009) 24 fevral 2017-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında sənətkarın yubiley gecəsinin keçirilməsi planlaşdırılmışdır. Gecədə Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə azərbaycanlı solistlər və osetiyalı dirijorlar iştirak edəcəklər.
Qeyd edirik ki, Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşmaya əsasən 2017-ci ildə Azərbaycanda Şimali Osetiya-Alaniya Respublikasının Mədəniyyət Günlərinin keçirilməsi barədə növbəti ildə Nazirliklər arasında müzakirələr aparılması nəzərdə tutulmuşdur.
Mənbə:> AzNews.info