“Azərsu” sədr müavininin düşdüyü qəza ilə bağlı rəsmi açıqlama » AzNews.info -Xəbər portalı

“Azərsu” sədr müavininin düşdüyü qəza ilə bağlı rəsmi açıqlama

“Azərsu” sədr müavininin düşdüyü qəza ilə bağlı rəsmi açıqlama


Daxili İşlər Nazirliyi dünən Sumqayıt şəhərində “Azərsu” ASC-nin sədr müavini Teyyub Cabbarovun düşdüyü qəza ilə bağlı açıqlama verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, mayın 2-də saat 15 radələrində Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsində Bakı şəhər sakini Rüstəm Haqverdiyevin idarə etdiyi “Toyota” və Qusar rayon sakini Rabit Əkbərovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub. “QAZ-3110” markalı avtomobildə yanğın baş verib. Nəticədə R.Haqverdiyevin sərnişinlərindən Adışirin Ələkbərov hadisə yerində ölüb, özü və 3 sərnişini, habelə R.Əkbərov xəstəxanaya yerləşdirilib, R.Haqverdiyev orada vəfat edib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən sərnişinlərdən biri Teyyub Cabbarov “Toyota” markalı avtomobildə olub, o yüngül xəsarət alıb. Vəfat edən Adışirin Ələkbərov “Azərsu”nun “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini olub.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *