Elgiz: "Qırğın olacaq" – VİDEO
Təhvil-təslimdən sonra "Günə baxan"da işinə başlayan Elgiz Əkbərin ilk qonaqları Kamran Həsənli, Rövşanə Ağasəfqızı və Xoşqədəm Hidayətqızı oldu.
ANS PRESS-in məlumatına görə, Kamran Həsənli "Günə baxan"dan getməsinə belə aydınlıq gətirdi: "Səhər tezdən yuxudan oyanmaq mənim üçün böyük problemdi. Dostlarım yaxşı bilirlər, saat 12-dən sonra mənə zəng vura bilərdilər. "Günə baxan"ın aparıcısı olmaq təklifi gələndə, hamı mənə dedi ki, sənlik deyil, sən səhərlər yuxudan oyana bilməyəcəksən. Düzdür, sonradan bunun öhdəsindən gəldim. Çox çətin oldu, amma bacardım. Amma artıq səhər yuxusu mənim üçün çox önəmlidir. Əvvəlki həyat tərzimə qayıtmaq istəyi ilə "Günə baxan"dan gedirəm. ANS-də yeni layihələrimi gözləyin. Mənim özümün axşam canlı yayımlanan layihəm olacam.
Gələn həftədən Rövşanə xanımla birlikdə veriliş aparacam. İkimiz də çox danışan aparıcıyıq, yaman polemikalar olacaq".
"Mən o verilişi qırğın görürəm", deyən Elgiz, "Bazar səhəri" növbəti buraxılışlarının həqiqətən də səs-küy salacağını bildirdi.
Rövşanə xanım da "Bazar səhəri"nin Kamranla daha maraqlı olacağını dedi: "Kamran bəy bir kişi, mən isə bir xanım olaraq fərqli fikirlərimiz və düşüncələrimiz var. Bu nüansı nəzərə alsaq, ikimizin tandemi maraqlı alınacaq".
Mənbə:> ANSPRESS