“Yeni Müsavat” qəzeti çapını dayandırır
Qəzet həftədə yeddi gün, bayram və tətil günlərində də həmişə çap olunub.
“Yeni Müsavat” qəzeti sabahdan etibarən çapını dayandırır.
Qəzetdən verilən məlumata görə, bu barədə qəzet rəhbərliyi bu gün qərar qəbul edib.
Məlumata görə, qəzetin çapını bir neçə günlüyə dayandırmasına səbəb satışa yaradılmış maneələr və bununla əlaqədar yaranmış maliyyə böhranıdır:
“Qəzet həftədə yeddi gün, bayram və tətil günlərində də həmişə çap olunub. İndi isə maliyyə böhranı yaşanıb və qarşıdakı günlərdə qəzetin çap olunmayacaq”.
Noyabrın 10-da 24 yaşını qeyd edəcək "Yeni Müsavat"ın rəhbərliyi bu addımının zərurət üzündən atıldığını bəyan edib:
“Bununla ölkə vətəndaşlarının, hakimiyyətin, beynəlxalq ictimaiyyətin diqqətini yaranmış problemin ciddiliyinə cəlb etmək istəyirik”.
“Yeni Müsavat”ın çap versiyasının nə vaxt bərpa olunacağı barədə məlumat verilməyib.
Mənbə:> APA