Kanal D tarixində ilk
Məşhur türk kanalında bir ilk. ANS PRESS-in məlumatına görə, "Kanal D Ana Haber" buraxlışı ötən gün tarixində ilk dəfə olaraq yayımlanmayıb.
İddiaya görə, kanal rəhbərliyi yüksək reytinq naminə uzun müddət gözlənilən "Şərəf məsələsi" serialını xəbərlərin vaxtına keçirmək istəyib.
Lakin son anda rəhbərlik bu fikrindən daşınıb və serialın yerinə "'Ben Bilmem Eşim Bilir'' yarışı yayımlanıb.
Hamının təccübünə səbəb olan bu hadisədən sonra Kanal D-nin xəbər aparıcısı Cüneyt Özdemir "Twitter"də açıqlama verib.
"Bu gecə yoxuq, təşvişə düşməyin".
Mənbə:> ANSPRESS