AZAL: 23 kiloqrama qədər olan baqajlar üçün 50 manat ödəniləcək » AzNews.info -Xəbər portalı

AZAL: 23 kiloqrama qədər olan baqajlar üçün 50 manat ödəniləcək

AZAL: 23 kiloqrama qədər olan baqajlar üçün 50 manat ödəniləcək


“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) həyata keçirəcəyi lou-kost uçuşlar Moskva, İstanbul, Antalya və Dubaya istiqamətində olacaq.

AzNews.info “APA-Economics”ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında AZAL sərnişin aviaşirkətinin direktoru Eldar Hacıyev deyib.

Onun sözlərinə görə, avqustun 7-dən başlayaraq Türkiyəyə bazar ertəsi, çərşənbə və cümə günləri aşağı büdcəli uçuşlar təşkil olunacaq.

“AZAL 2006-cı ildən Avrozonaya daxil edildiyindən, qiymətlər avro ilə hesablanır. Buna görə, lou-kost uçuşlar üçün qiymətlər avro ilə hesablanacaq. 99 avroluq qiymət 2 saat yarım gəliş və 2 saat gediş olan uçuşlar üçündür. Turoperatorları da avqustun 1-dən bu sistemdən istifadə edə biləcək”, - deyə E. Hacıyev qeyd edib.

Onun sözlərinə görə, lou-kost uçuşlardan istifadə edən sərnişinlər yalnız əl yükü (5 kq - red.) götürə biləcəklər:

“23 kiloqrama qədər olan baqajlar üçün 50 manat ödəniləcək. Məsələn, Türkiyədən Bakıya uçan sərnişinlər baqaj üçün 50 ABŞ dolları ödəyəcək”.

E. Hacıyev bildirib ki, lou-kosterlərdən istifadə edərək yuxarıda qeyd olunan istiqamətlər üzrə uçuşlarda qidalanma nəzərdə tutulmayıb.

“Ancaq bu cür uçuşlardan istifadə edənlərə su veriləcək. Bu səfərlərdən istifadə etmək bəlli kateqoriyada olan insanlara sərf edəcək. Yük aparmayan şəxslərə bu cür uçuşlar sərf edir”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *