AZAL-dan daha bir endirim
Endirimli uçuşlar iyunun 6-na kimi davam edəcək.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC növbəti endirim aksiyasına start verib.
AzNews.info-nun Report-a istinadən məlumatına görə, Bakı-Aktau-Bakı istiqamətindəki uçuşlar üçün endirim aksiyası keçirilir.
Bu istiqamətdə olan hər iki istiqamətdə uçuşlara biletin qiyməti Bakı-Aktau-Bakı reysinə 222 avro (255 manat), Aktau-Bakı-Aktau reysinə isə 281 ABŞ dolları (295 manat) təşkil edir.
Endirimli uçuşlar iyunun 6-na kimi davam edəcək. Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə "mile-bal"lar hesaba əlavə olunmur, məntəqədə maksimal qalma müddəti 1 aydır və qiymətə yığım və rüsumlar daxildir.
Mənbə:> Report.az