İstanbula getmək istəyənlərin nəzərinə
"Azərbaycan hava yolları" şirkəti (AZAL) Bakı-İstanbul-Bakı istiqamətində xüsusi aksiyanın müddətini iyulun 31-nə qədər uzadıb.
ANS PRESS-in məlumatına görə, aksiya çərçivəsində Bakı-İstanbul-Bakı reysi cəmi 225 avro (246 dollar) təşkil edir (yığımlar və rüsumlar daxildir).
Onu da nəzərinizə çatdıraq ki, İstanbulda maksimal qalma müddəti bir aydır.
Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.
Qeyd edək ki, aksiya mayın 14-dən keçirilir. Yerlər məhdud ola bilər.
Daha ətraflı məlumat almaq üçün “Azərbaycan Hava Yolları” QSC satış ofislərinə müraciyət edə bilərsiz.
Mənbə:> ANSPRESS