İlham Əliyev bəzi dövlət qurumlarına sərt xəbərdarlıq etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Rəsmi, Sosial, Video

İlham Əliyev bəzi dövlət qurumlarına sərt xəbərdarlıq etdi – VİDEO

İlham Əliyev bəzi dövlət qurumlarına sərt xəbərdarlıq etdi

“Haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər”.

Nazirlər Kabinetinin bugünkü iclasında prezident İlham Əliyev bəzi nazirliklərə sərt xəbərdarlıq edib.

Oxu.Az xəbər verir ki, sahibkarlığın inkişafı barədə danışan prezident bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirib:

“Bir çox hallarda vergilər ödənilmir, bir çox hallarda yayınmalar olur. Bunu hamı bilir. Sahibkarlarda bilir, cəmiyyət də bilir.

Tam qaydada, şəffaf şəkildə bizdə vergi vermək mədəniyyəti əfsuslar olsun ki formalaşmayıb. Dövlət qurumları vergiləri vaxtında verir, amma özəl qurumlar vermir.

Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü sərt aparır, tələbkardır. Burada iki məsələni ayırmalıyıq. Vergilər nazirliyi çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç kimə bir manat da verməməlidirlər.

Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır. əgər hesab edirlər ki, bunu heç kim bilmir - səhv edirlər. Bu məsələ çox ciddi məsələdir. Və mənə məlumatlar gəlir ki, bəzi yerlərdə bu kütləvi hal alıb. Mən bu gün bütün aidiyyəti qurumlara tapşırıq verirəm. Belə hallar dərhal yığışdırılmalıdır”.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *