İrəvandakı ixtişaşların gizli görüntüləri » AzNews.info -Xəbər portalı

İrəvandakı ixtişaşların gizli görüntüləri – VİDEO+FOTO

İrəvandakı ixtişaşların gizli görüntüləri

İrəvanın Baqramyan prospektində elektrik enerjisi tariflərinin artırılmasına qarşı keçirilən genişmiqyaslı etiraz aksiyasının yeni görüntüləri yayımlanıb.

ANS PRESS-in məlumatına görə, iyunun 23-də İrəvanın mərkəzində baş verən qarşıdurmalar zamanı polislər jurnalistlərin lentə aldığı görüntüləri götürüb. Təkcə "Epress.am" saytının 3 kamerası sıradan çıxarılıb. Onlardan ikisi yararsız vəziyyətə düşsə də, erməni jurnalistlər digər cihazdakı görüntüləri bərpa edə bilib.

Polisin yayımlanmasını istəmədiyi görüntüləri ictimaiyyətə təqdim edən sayt, paytaxt mərkəzində baş verən vəhşiliyi gözlər önünə sərib. Çəkiliş zamanı polis əməliyyatı açıq-aydın lentə alınıb. Görüntülərdən polisinin dinc əhaliyə necə divan tutduğu əyani görünür. Su şırnaqları vasitəsi ilə aksiya iştirakçılarına müdaxilə edən təhlükəsizlik qüvvələri mitinqi dağıtmağa çalışıb. Polis əməkdaşları zor tətbiq etməklə insanları meydandan qovmağa və bəzi fəalları saxlamağa başlayıb.

Görüntülərdən də aydın olduğu kimi çəkiliş aparan jurnalistlər saxlanılıb və zorla aparılıb. Kameraları sındıran polislər jurnalistləri təhqir etməkdən də çəkinməyiblər. Mülki şəxslərə qarşı amansızlıq nümayiş etdirən polis və xüsusi təyinatlılar əsl vəhşiliklərini göstəriblər.

Xatırladaq ki, Ermənistandakı bu etiraz dalğası iyunun 19-da İrəvanın mərkəzində başlayıb. Buna səbəb isə elektrik enerjisinin qiymətinin artırılmasına dair qərar olub. Bir neçə gündə davam edən mitinq zamanı polislər etirazçılara qarşı təzyiqli su ilə müdaxilə etmiş və çox sayda aksiya iştrakçısının qolunu qandallayaraq saxlayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *