İlham Əliyev: Milli bayrağımız Şuşada, Xankəndində qaldırılacaq » AzNews.info -Xəbər portalı

İlham Əliyev: Milli bayrağımız Şuşada, Xankəndində qaldırılacaq

İlham Əliyev: Milli bayrağımız Şuşada, Xankəndində qaldırılacaq


Son illər ərzində Azərbaycan öz hərbi potensialını böyük dərəcədə artıra bilib. Azərbaycana ən müasir silah-sursat, texnika, avadanlıq gətirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edən Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib.

“Bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır.

Bu gün əldə etdiyimiz silah və texnika bizə imkan verir ki, istənilən vəzifəni şərəflə yerinə yetirək. Bununla bərabər, təxminən 10 il əvvəl mənim qərarımla Azərbaycanda hərbi sənaye kompleksi yaradılmağa başlanılıb.

Bu gün Azərbaycanda 1000-ə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu da ordumuzun təchizatı üçün əvəzedilməzdir. Bu gün Azərbaycan həm də öz hərbi məhsullarını ixrac etməyə başlayıb. Bunun özü də ölkəmizin hərbi potensialının göstəricisidir”, - dövlət başçısı deyib.

İlham Əliyev deyib ki, Silahlı Qüvvələrin güclənməsi üçün dövlət əlindən gələni edir.

“Silahlı Qüvvələrimizin tərkib hissələrindən biri olan Hərbi Dəniz Qüvvələrinin inkişafı gələcəkdə də diqqət mərkəzində olacaq.

Ordumuz güclənir, nizam-intizam artır, maddi-texniki təminat yaxşılaşır, dövlət büdcəsindən müdafiə sahəsinə ayrılan xərclər getdikcə artır, hazırda Azərbaycanın hərbi xərcləri 3 milyard dollardan artıqdır və bu da Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur”, - prezident deyib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı deyib ki, bu gün müstəqil Azərbaycan uğurla, inamla inkişaf edir.

“Biz böyük uğurlara imza atmışıq. Ancaq bizim əsas vəzifəmiz ərazi bütövlyümüzü bərpa etməkdən ibarətdir. Mən əminəm ki, güclənən Azərbaycan buna da nail olacaq və bizim milli bayrağımız Şuşada, Xankəndində qaldırılacaq. Hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə yaxınlaşdırmalıdır”, - İlham Əliyev deyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *