Vladimir Jirinovski: I.Əliyev hələ uzun illər rəhbərliyini davam etdirəçək
"Qərblə olan kəskin münasibətlər fonunda Azərbaycanla münasibətimizin daha harmonik və yaxin olduğuna bir daha əmin oluruq .Qərblə mnasibətlərimiz isə həmişə ağir olacaq, çünki iki ayı heç vaxt bir yuvada yaşaya bilməz ." Bu barədə Demokratik Partiyanın lideri dairəvi stol arxasinda "Rusiya və Azərbaycanın bu günki şəraitdə iqtisadi, finans, siyasi və sosial aspektlərinin qarşılıqlı münasibətləri" mövzusunu müzakirə edən zaman demişdir.
Müzakirədə Azərbaycan tərəfdən Milli məclisin deputatları Arif Rəhimzadə və Ziyad Səmədzadə iştirak etmişlər.
Öz çıxışında Jirinovski Rusiya ilə Azərbaycan arasında bütün istiqamətlərdə münasibətləri genişləndirmək mümkün olduğunu söyləmişdir.
"Götürək turizm-biz niyə ərəblərə qaçmalıyıq, yanımızda Azərbayçan olan halda və ya tiçarət-uzun illərdir hər şeyi qərbdən alırıq. Azərbaycan ərazisindən gətirmək daha ucuz ola bilər. Azərbaycan biznesmenləri Rusiyadan çox məhsullar aldıqlarına görə bu bazarın daha yaxşı olduğunu bilməlidirlər.Biz bütün məhsullarl ispanlardan ,macarlardan və polyaklardan almışiq, hansılar ki bu gün bizə qarşı sanksiyalar tətbiq edirlər. Mən bu sözləri nə Azərbaycan deputatları ilə bir stol arxasında oturduğumuza görə, nə də Azərbaycan prezidentinə dərin hörmət bəslədiyimizə görə demirəm.Azərbaycanın prezidenti sovet respublikaları arasında ən agıllı və müdrik rəhbərdir"-demişdir.
"Mənim partiyam dəfələrlə Rusiyanin bütün resurslarını cənub ölkələrinə yönəltməyi tövsiyə etmişdir-deyə lider sözünə davam edib.
Biz Azərbaycana lazım olan hər bir şeyi qurarıq. Azərbaycan və Rusiya arasaındakı münasibətləri genişləndirmək üçün her iki tərəfə xeyir verə bilən iqtisadi əlaqələrin qurulmsının ən yaxşı vaxtı çatmışdır.
Qardaş Ukraynadan fərqli olaraq, rus dilinə hörmətlə yanaşan Azərbaycanda rusdilli məktəblər bağlanmamışdır. Nə qədər ki, İlham Əliyev bu dövlətin rəhbəridir, biz bundan istifadə edərək bütün münasibətləri qurmalıyıq. Cavan olduğu üçün hələ bu dövlətə uzun illər rəhbərlik edəcək. Bir şeyi unutmamalıyıq ki Şərqdə şəxsiyyət böyük rol oynayır"-deyə əlavə etmişdir.
Jirinovski, Azərbaycanin yüksək səviyyəli xarici siyasətinin nəticəsində, onun kəskin düşmənının olmadığını söyləyib.
Mənbə:> Haqqin.az