Türk “F-16”ları Suriyadan keçərək hava sərhədini pozan pilotsuz uçuş aparatını vurdu – FOTO

Türk Silahlı Qüvvələri (TSK) Suriya istiqamətindən hava sərhəddini dəfələrlə pozan pilotsuz uçuş aparatını (PUA) vurub.
TASS-ın məlumatına görə, bu barədə TSK rəsmi “Twitter” hesabı vasitəsilə xəbər yayıb.
Bildirilib ki, şənbə günü hələlik kimə aid olduğu müəyyənləşdirilməyən PUA Suriya istiqamətindən 6 dəfə Türkiyə hava sərhəddini pozduğu üçün havaya qaldırılan iki “F-16” qırıcısı tərəfindən vurulub.
Vurulan PUA-nın fotoları da paylaşılıb.

Mənbə: Oxu.Az