Paşinyan Ruhanini Yerevana dəvət etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstanda Avrasiya İqtisadi Komissiyasının Hökumətlərarası Şurasının iclasında çıxış edib.
“Mehrnews” xəbər verir ki, N.Paşinyan İran Prezidenti Həsən Ruhanini Yerevana dəvət edib.
“Mən Avrasiya İqtisadi İttifaqının üzv dövlətlərinin liderləri arasında əldə olunan razılaşmaya əsasən, İran Prezidenti Həsən Ruhanini Yerevanda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının Yerevanda keçiriləcək iclasına dəvət etdim”, - deyə N.Paşinyan bildirib.
Mənbə:> Oxu.Az