Paşinyan məşhur türkiyəli iqtisadçını Yerevana çağırdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Paşinyan məşhur türkiyəli iqtisadçını Yerevana çağırdı

Paşinyan məşhur türkiyəli iqtisadçını Yerevana çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan dünya şöhrətli türkiyəli iqtisadçı, erməniəsilli Daron Acemoğlunu Yerevana dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, 2004-cü ildə Türkiyədən mühacirət edərək Massaçusets Texnologiya İnstitutunda işləməyə başlayan Acemoğlu Paşinyanın dəvətini qəbul edib. Baş nazir onu Ermənistan iqtisadiyyatını dirçəltmək üçün ölkəsinə çağırıb. Paşinyan məşhur iqtisadçının razılığını onunla telefon danışığından sonra alıb. Acemoğlunun Ermənistana gedəcəyi tarix hələlik dəqiqləşdirilməyib.

Qeyd edək ki, 1967-ci ildə İstanbulda anadan olan Daron Acemoğlu 2006-cı ildən Amerika İncəsənət Akademiyasının üzvü, Beyts Klark mükafatının laureatıdır. O, dünyanın nümunə göstərilən 10 ən yaxşı iqtisadçısından biridir.

Mənbə: Qaynarinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *