Zelenski Putinə təcili zəng etdi
Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Donetskdəki vəziyyəti müzakirə edib.
TASS xəbər verir ki, bu haqda V.Zelenski Donetskdə 4 ukraynalı hərbi qulluqçunun həlak olmasına görə çağırılan təcili iclasın nəticələri ilə bağlı keçirilən brifinqdə bildirib.
Ukrayna tərəfi hesab edir ki, hərbçilər Donetskdəki separatçılar tərəfindən öldürülüb.
“Mən bu səhər Rusiya prezidenti Vladimir Putinə təcili zəng vurdum. O dedi ki, bu, bizi sülhə yaxınlaşdırmır”, - deyə V.Zelenski bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, Rusiya liderindən xahiş edib ki, Donetskdəki hərbçilərə qətlləri dayandırmaq üçün təsir etsin.
Mənbə:> Oxu.Az