Azərbaycan və Gürcüstan Sərhəd xidmətlərinin başçıları mübahisələri dostcasına həll edirlər » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Azərbaycan və Gürcüstan Sərhəd xidmətlərinin başçıları mübahisələri dostcasına həll edirlər

Azərbaycan və Gürcüstan Sərhəd xidmətlərinin başçıları mübahisələri dostcasına həll edirlər

Mayın 6-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Gürcüstan Sərhəd Polisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyətlərinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədində işçi görüşü keçirilib.

DSX-dan virtualaz.org-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə birgə mübarizə aparılması, məlumat və təcrübə mübadiləsinin davam etdirilməsi, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymətləndirib, Azərbaycan və Gürcüstan sərhəd qurumları arasında mövcud münasibətlərin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulayıblar.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *