Kosmosa uçan ilk müsəlman Azərbaycanın 12 milyon dollarını “əkişdirdi” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Kosmosa uçan ilk müsəlman Azərbaycanın 12 milyon dollarını “əkişdirdi”

Kosmosa uçan ilk müsəlman Azərbaycanın 12 milyon dollarını “əkişdirdi”

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, müttəhimlər kürsüsündə sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, “Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərləri əyləşib.

Təqsirləndirilən şəxslərə qarşı CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Kosmosa uçan ilk müsəlman Azərbaycanın 12 milyon dollarını “əkişdirdi”


Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və “Aqrokreditbank” tanınıb.

Prosesdə şahid qismində Beynəlxalq Bankın Moskva filialının sabiq rəhbəri, Cahangir Hacıyevin yaxın dostu olmuş Fuad Abdullayev ifadə verib. O, 1992-ci ildən Beynəlxalq Bankında işlədiyini deyib: “Cahangir Hacıyev beynəlxalq Banıkın rəhbəri olandan sonra 2001-ci ildə məni də Moskva filalının rəhbəri təyin etdi. Orada bir çox layihə işləri həyata keçirildi. 2015-ci ildə bankdan ayrılandan sonra götürülmüş kreditlərin aqibətindən xəbərim yoxdur. Kreditlərin verilməsində göstərişi Cahangir Hacıyev verib".

F.Abdullayev qeyd edib ki, bankda 69 veksel əməliyyatı həyata keçirilib. Onun sözlərinə görə, Qazaxıstanda "Kultuk" neft yatağı alınıb: “Cahangir Hacıyevi Emin Sadiqlə mən tanış elədim. Neft yatağının alınması ilə bağlı razılıq əldə olundu. Həmin neft yatağı bir neçə şəxsin adına rəsmiləşdirildi. Bankın adına isə - bankın Hətəm Həsənovun adlı əməkdaşının adına 60 faiz rəsmiləşdi. Sonra Qazaxıstanda yeni şirkət yaradıldı, Emin Sadiq, Fuad Hüseynli, yerli vətəndaş olan bir nəfər və Cahangir Hacıyevin adına rəsmiləşmə oldu. Bankı Luksenburq şirkəti, yəni Xəqani Bəşirov təmsil edirdi. Yatağın alınmasına isə 16 milyon dollar pul verilib. Hazırda Qazaxıstan məhkəməsində bu işlə bağlı məhkəmə çəkişmə gedir".

Kosmosa uçan ilk müsəlman Azərbaycanın 12 milyon dollarını “əkişdirdi”


F.Abdullayev vurğulayıb ki, layihəyə ayrılan pullardan C.Hacıyevin xəbəri olub, onun göstərişi ilə həyata keçirilib. O həmçinin Rusiyada yaşayan azərbaycanlı iş adamı, Telman İsmayılovun bankdan 70 milyon dollar kredit götürdüyünü deyib: "Odessa şəhərində ticarət şirkərtlərinin inşaası üçün Beynəlxalq Bankın Moskva filialına müraciət etdi. Layihəni həyata keçirmək üçün ona kredit verildi. Lakin Telman İsmayılovun işlərində problemlər yarandığından kreditləri ödəyə bilmədi. 2013-cü ildən isə ödənişləri dayandırdı. Daha sonra isə Telman İsmayılov dörd şirkətini Cahangir Hacıyevin tanışı olan, Xəqani Bəşirovun nəzarətində olan şirkətlərə keçirdi".

Kosmosa uçan ilk müsəlman Azərbaycanın 12 milyon dollarını “əkişdirdi”


F.Abdullayev bildirib ki, kosmosa turist kimi uçan ilk müsəlman qadın olan Ənuşə Ənsari də Beynəllxalq Bankdan kredit götürüb, qaytarmayıb: "Ənuşə Ənsari ABŞ-da "Ağıllı ev" layihəsi üçün bankdan 12 milyon dollar kredit götürmüşdü. Sonradan kreditin faizi ödənilsə də, əsas borc qalmışdı. Mən işdən ayrılandan sonra bu barədə məlumatım yoxdur".

Məhkəmə prosesi mayın 6-da davam edəcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *