Paşayev yarım ton şokoladdan Atatürkün heykəlini düzəldib Türkiyəyə apardı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Maraqlı

Paşayev yarım ton şokoladdan Atatürkün heykəlini düzəldib Türkiyəyə apardı

Paşayev yarım ton şokoladdan Atatürkün heykəlini düzəldib Türkiyəyə apardı

Azərbaycanlı biskvit ustası Sənan Paşayev yarım ton şokalladdan Atatürkün heykəlin düzəldib və Türkiyədə sərgiyə çıxarıb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Paşayev şokalad heykəli Samsundakı bürünc Atatürk heykəlinə bənzədib. Heykəl Samsunda keçirilən 3-cü beynəlxalq biskvit ustaları yarışması çərçivəsində təşkil edilən Tort və Şokalad Festivalında nümayiş etdirilir.

Azərbaycanda təxminən üç həftəyə düzəldilən və 2 metrlik postament üzərinə qoyulan 1.5 metr hündürlükdəki şokalad heykəl sərgidən sonra Samsun Valiliyi tərəfindən alınaraq muzeydə nümayiş etdiriləcək.

Paşayev yarım ton şokoladdan Atatürkün heykəlini düzəldib Türkiyəyə apardı


Paşayev “Anadolu” agentliyinə açıqlamasında deyib ki, heykəli 1919-cu il 19 may İstiqlal Gününün 100 illiyinə həsr edib. “Uzun illər sərgilənməsi üçün heykəli Samsun valiliyinə hədiyyə etdik. Azərbaycanla Türkiyə iki qardaş ölkədir, bizim üçün də Atatürkün anlamı çox böyükdür”-o bildirib.

Şokalddan heykəlin düzəldilməsində iştirak edən Halime Coşkun isə deyib ki, əsərin ərsəyə gəlməsinə layihələndirmə ilə birlikdə bir aya yaxın vaxt sərf olunub. Heykəl Samsuna Azərbaycandan xüsusi maşınla aparılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *