Türkiyədən bu dəmir öküzü alıb Bakıya gətirən iş adamı kimdir...
Türkiyənin Bursa vilayətində dəmir sexinin sahibi Ridvan Sevim 12 nəfərlik usta heyəti ilə birlikdə dəmirdən öküz heykəli hazırlayıb. Və heykəli Azərbaycandan olan iş adamı alıb.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ridvan Sevim bu heykəli sosial layihə kimi hazırlayıb və onu sataraq puluna əlillər üçün akumlyatorla işləyən əlil arabaları almağa hazırlaşır.
42 yaşlı Ridvan Sevim uşaqlıqdan dəmir sexində çalışır. O, 12 nəfərlik kollektivi ilə metaldan müxtəlif aksessuarlar hazırlayır. Təxminən iki ay əvvəl o, dəmirdən hazırladığı heykəli sataraq puluna əlillər üçün 5 akumlyatorlu araba alıb. Bundan ruhlanan Sevim daha böyük heykəl hazırlamaq qərarına gəlib.
O, memar dostlarından da yardım alaraq dəmirdən nəhəng buğa heykəli hazırlayıb. Bu heykəli hazırlamaq üçün 15 gün gecə-gendüz işləyiblər, heykəlin ağırlığı 320 kiloqramdır. Onu hazırlamaq üçün 2 mm qalınlığında metal vərəqdən 1035 ədəd hissə kəsilib. Heykəlin yüksəkliyi 1.95 , uzunluğu isə 3.95 metrdir. Usta heykəli tamamlayandan sonra onun fotosunu sosial şəbəkələrdə paylaşıb və satışa çıxarıb.
Və Bakıda yaşayan bir azərbaycanlı iş adamı heykəlin fotosunu görüb və onu almaq üçün Sevimlə əlaqə yaradıb. Ridvan Sevim deyir ki, təxminən 10 gün ərzində heykəlin çatışmamazlıqlarını aradan qaldıracaqlar və Azərbaycana yola salacaqlar. Heykəlin puluna isə əlillər üçün 50 akumlyatrlu araba alınacaq.
Heykəlin neçəyə satıldığı göstərilmir, amma akumlyatorlu əlil arabalarının qiyməti Türkiyədə 800-1200 dollar arasında dəyişir. Bu baxımdan təxmin etmək olar ki, azərbaycanlı biznesmen dəmirdən öküz heykəlinə azı 50 min dollar ödəyib.
“Mən heykəli tamamlayıb fotolarını sosial şəbəkələrdə paylaşandan sonra azərbaycanlı bir iş adamı “bu heykəli alıb sosial məsuliyət layihəsinə dəstək vermək istəyirəm” dedi. Dolayısıyla bizi çox sevindirdi. Bir həftə sonra bu heykəli Azərbaycana göndərəcəyik. Əvəzində də gözəl şeylər hədəfləyirik. Bundan sonra da sosial layihələrimiz davam edəcək”-dəmir sexinin sahibi deyib.
Mənbə:> Virtualaz.org