Generalın qalstukunda gizli kamera: baş redaktoru necə “ilişdiriblər”... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Generalın qalstukunda gizli kamera: baş redaktoru necə “ilişdiriblər”...

Generalın qalstukunda gizli kamera: baş redaktoru necə “ilişdiriblər”...

Rusiyanın Peterburq şəhərində İstintaq Komitəsinin Kalininqrad regional idarəsinin rəhbəri, general Viktor Ledenovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən baş redaktorun məhkəməsi gedir.

Virtualaz.org xəbər verir ki, məhkəmədə dəlil kimi Federal Təhükəsizlik Xidmətinin apardığı gizli audi-video çəkilişlər də təqdim olunub. “Kommersant”ın yazdığına görə xüsusi xidmət orqanları baş redaktoru ifşa etmək üçün gizli kameraları generalın kabinetindəki gül qabında və onun qalstukunda yerləşdirblər.

İstintaqın versiyasına görə Kalininqrad vilayət dumasının deputatı İqor Rudnikovun baş redaktoru olduğu “Novıe kolesa” qəzeti Ledenevin barəsində ifşaedici məqalə yazıb. Həmin məqalədə generalın dəbdəbəli malikanədə yaşadığı göstərilirdi. General isə bu məqaləni onun və istintaq idarəsinin nüfuzuna zərbə kimi qiymətləndirib, jurnalistdən şikayət edib.

Generalın qalstukunda gizli kamera: baş redaktoru necə “ilişdiriblər”...


Bildirilir ki, 2017-ci ilin avqustunda , həmin məqalənin dərcindən sonra Rudnikov tanışından generalın yazılanlardan bərk narazı olduğunu eşidib. Bundan sonra baş redaktorda belə niyyət yaranıb ki, ifşaedici məqalələri davam etdirməklə hədələyərək Ledenevdən 50 min dollar qoparsın.

Baş redaktorun tanışı bu işdə vasitəçilik edir və generala həmin tələbi çatdırır. Həmin ilin noyabrında Kalininqrad kafelərindən birində general baş redaktorun köməkçisinə xüsusi hazırlanmış pulları verir. Həmin gün FTX əməkdaşları Rudnikovu tutublar. Həbs olunarkən onu xüsusi qəddarlıqla döyüblər, əlini sındırıblar və dindirməyə alt paltarında gətiriblər.

Generalın qalstukunda gizli kamera: baş redaktoru necə “ilişdiriblər”...


Məhkəmədə araşdırılan gizli audio-video yazılarda isə baş redaktorun generaldan pul tələb etməsi təsdiqlənmir. Belə ki, Rudnikov generalın qəbuluna gedərək məruz qaldığı hücumla bağlı işin sui-qəsd kimi qiymətləndirilməsini istəyir. Bildirir ki, əvəzində Ledenevdən tənqidi yazmayacaq. Ledenev isə prokurorluğa jurnalistə qəsd işinə yenidən baxılması üçün məktub göndərməyə razılaşır, eyni zamanda ona 50 min dollar ötürməyə çalışır.

Generalın qalstukunda yerləşdirilmiş gizli kameranın çəkdiyi görüntülərə əsasən Ledenev təqvim vərəqində “50 min” yazır, sonra altında pul paçkası olan vərəqi qaldırır. “Götür, mənim kabinetimdə rahat ola bilərsən. Burada mənim təhlükəsizliyim yoxlanılır”-general Rudnikovu pulu götürməyə inandırmağa çalışır. Amma Rudnikov kabinetdə pulu götürmür.

Rudnikov hədə-qorxu ilə pul tələb etməsini inkar edir, bildirir ki, generaldan ancaq onun işinə yenidən baxılmasını xahiş etmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *