“Sual yaranır-gündəmin yoxdursa Vyanaya niyə gedirsən?” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

“Sual yaranır-gündəmin yoxdursa Vyanaya niyə gedirsən?”

“Sual yaranır-gündəmin yoxdursa Vyanaya niyə gedirsən?”

Sabah Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Minsk Qrupu həmsədrlərinin iştirakı ilə ilk rəsmi danışıqlar keçiriləcək. Lakin bu danışıqlar ərəfəsində Nikol Paşinyan yenə ziddiyyətli, qeyri-ciddi bəyanatlar verib, deyib ki, İlham Əliyevlə görüşdə konkret gündəm yoxdur. Yəni münaqişəyə dair ümumi məsələlər müzakirə olunacaq. Habelə Paşinyan həmsədrlərin bu günlərdə öz bəyanatlarında xatırlatdıqları Madrid prinsiplərini də “başa düşmədiyini” deyib. Onun sözlərinə görə, kim bu prinsipləri irəli sürübsə qoy onlar mahiyyətini izah etsinlər, prinsiplərin nə demək olduğunu göstərsinlər.

Virtualaz.org xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri David Şahnazaryan yenə Paşinyanın Qarabağa dair mövqeyini, daha doğru mövqesizliyini tənqid edib. “Eurasia Daily” portalına müsahibəsində Şahnazaryan deyib: “Mən onun Madrid prinsipləri haqda dediklərini ümumiyyətlə başa düşmürəm. Erməni hakimiyyətinin öz bazası, öz traktovkası olmalıdır. Gedib “böyük dayılardan” xahiş etməli deyil ki, bu sənəddə nə deyilir. Bakı nəyə görəsə dəqiq bildirir ki, Madrid prinsipləri dedikdə nəyi başa düşür. Erməni rəhbərliyi isə deyir: bax budur, biz Vyanaya gedirik və qoy orada izah etsinlər görək bu nə prinsiplərdir. Ondan əvvəl isə Paşinyan ümumiyyətlə demişdi ki, Əliyevlə görüşmək haqda razılıq var, amma gündəm yoxdur. Sual olunur-öz gündəmin yoxdursa sən hara gedirsən?”-Şahnazaryan bildirib.

“Sual yaranır-gündəmin yoxdursa Vyanaya niyə gedirsən?”


Erməni siyasətçiyə görə həm Paşinyan, həm onun xarici işlər naziri Zöhrab Mnatsakanyan Qarabağ məsələsində tam siyasi və diplomatik təcrübəsizlik nümayiş etdirirlər. Sadəcə olaraq mövzudan, problemdən xəbərsizdirlər. Şahnazaryan qeyd edib ki, bu səhvlərin nəticəsində həmsədrlər və beynəlxalq ictimaiyyət indi Bakı ilə eyni mövqedən çıxış edir.

“Erməni hakimiyyətinin məsuliyyətsiz hərəkətləri üzündən indi Ermənistan destruktiv tərəfə, Azərbaycan konstruktiv tərəfə çevrilib”-Şahnazaryan deyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *