İsrailə raket zərbələri: yaralılar var » AzNews.info -Xəbər portalı

İsrailə raket zərbələri: yaralılar var

İsrailə raket zərbələri: yaralılar var


Qəzza sektorundan buraxılan raket İsrailin mərkəzi hissəsindəki Mişmeret yaşayış məntəqəsindəki evlərdən birinə düşüb.

TASS agentliyi xəbər verir ki, bununla bağlı Şaron bölgəsinin polis xidməti məlumat yayıb.

“Bir müddət əvvəl raket hücumu ilə bağlı polisə məlumat daxil olub. Raket evə düşüb və o yanıb”, - məlumatda qeyd edilib.

Hücum nəticəsində aralarında uşaqların da olduğu altı nəfər xəsarət alıb.

“Tibb işçiləri yaralılara yardım göstərir. Onlar yüngül xəsarət alıblar”, - məlumatda bildirilib.

Daha bir neçə nəfər yaşayış məntəqəsinin təxliyyəsi zamanı xəsarət alıb.

İsrail hərbçiləri bildirib ki, raket Qəzza sektorundan buraxılıb.

Hadisədən dərhal sonra İsrail baş naziri Binyamin Netanyahu ABŞ səfərini yarımçıq dayandırıb.

“Baş verən hadisələrə görə mən ABŞ səfərimi yarımçıq dayandırıram. Bir neçə saat sonra ABŞ prezidenti Donald Trampla görüşəcəm və dərhal İsrailə qayıdacam. Baş verənlər İsrail dövlətinə hücumdur və biz buna güc cavabı verəcəyik”, - İsrail baş naziri deyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *