Yeni Zelandiya baş naziri terror barədə öncədən məlumatlı olub
Yeni Zelandiya baş naziri Casinda Ardern məscidə hücum etməkdə ittiham olunan Brenton Tarrantın manifestini hadisə baş verməzdən 9 dəqiqə öncə aldığını bəyan edib.
NDTV-nin məlumatına görə, Ardern manifestin daha 30 nəfərə göndərildiyini bildirib.
“Manifestdə nə yer, nə də fərqləndirici hansısa xüsusiyyətlər barədə yazılmamışdı”, - deyə o vurğulayıb.
Bildirilir ki, Tarrantın manifesti cümlələr arasında əlaqəsi olmayan konspiroloji mətndən ibarətdir.
Mənbə:> Oxu.Az