Rusiyanı irimiqyaslı müharibəyə hazırlıqda şübhəli biliblər
Rusiya lokal hərbi münaqişələr səviyyəsindən yüksəkdədir və hazırda irimiqyaslı müharibələr aparmağa hazırlaşır.
Lenta.ru bu barədə İsveç Müdafiə Araşdırmaları İnstitutunun (FOİ) hesabatına istinadən məlumat yayıb.
Hesabatda qeyd olunub ki, Rusiya ordusu qərargah təlimlərindən məkan manevrlərinə keçib. Silahlı qüvvələr öz döyüş qabiliyyətini, hərbi əməliyyatlara keçmək bacarığını yüksəldir.
Hesabatın müəllifləri iddia edirlər ki, hərbi təlimlərdə iştirak edən şəxsi heyətin sayı deyil, onların hansı tapşırıqları yerinə yetirdikləri önəmlidir.
“Rusiya uzunmüddətli regional müharibələrə hazırlaşır. Məsələn, bu müharibə Çinə və ya NATO-ya qarşı ola bilər”, - deyə sənəddə qeyd olunub.
2018-ci ilin sentyabrında Rusiya SSRİ-nin dağılmasından sonra “Vostok-2018” adlı geniş hərbi təlimlər keçirib. Təlimlərdə 300 min hərbi qulluqçu, mindən çox təyyarə, helikopter və pilotsuz uçuş aparatı, 36 minə qədər tank, zirehli maşınlar, 80-ə yaxın gəmi və təchizat gəmiləri iştirak edib.
Mənbə:> Oxu.Az