“Paşinyanın Azərbaycanla dil tapmaqdan başqa yolu yoxdur” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

“Paşinyanın Azərbaycanla dil tapmaqdan başqa yolu yoxdur”

“Paşinyanın Azərbaycanla dil tapmaqdan başqa yolu yoxdur”

Yeji Marek Novakovski

Polşanın Ermənistandakı keçmiş səfiri Yeji Marek Novakovski hesab edir ki, Ermənistanın Azərbaycanla dil tapmaqdan başqa yolu yoxdur. Virtualaz.org-un əməkdaşı ilə söhbətində diplomat ümid etdiyini bildirib ki, Azərbaycan və Ermənistan rəhbərlikləri arasında danışıqlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə impuls verəcək.

“Vacibdir ki, Paşinyan qarabağlı deyil və problemin həllinə yanaşması tam başqadır. Bundan əlavə, Ermənistanın indiki başçısında elektoral dəstək var - əhalinin 60-65 faizi onun siyasətinin tərəfdarıdır. Bu isə o deməkdir ki, onun istənilən cür siyasi manevr üçün imkanı var.

Əgər əhali arasında dəstəyi olmayacaqsa, onu da bir vaxtlar Levon Ter-Petrosyanı olduğu kimi aradan götürəcəklər. Avropada artıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardırlar”,
- Novakovski deyir.

Avropa Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu heç müzakirə də olunmur, lakin bununla birlikdə Dağlıq Qarabağın erməni əhalisi haqqında da düşünmək lazımdır, onun haqları qorunmalıdır. Münaqişənin elə həll düsturunu tapmaq lazımdır ki, bir tərəfdən Azərbaycan ərazi bütövlüyünü qoruyub saxlasın, digər tərəfdən Dağlıq Qarabağın erməni əhalisinin hüquqları qorunsun. Bu çox çətindir və diplomat güman edir ki, buna görə də, tərəflər siyasi iradə nümayiş etdirməlidirlər.

“Son zamanlar prezident Əliyevlə baş nazir Paşinyanın bir neçə görüşü keçirilib və çox əhəmiyyətlidir ki, onlar vatsitəçi olmadan, göz-gözə danışıbıar. Ümid edirəm ki, onlar maraqlarının təmas nöqtələrini tapıblar. Əgər Paşinyan və onun hökuməti doğrudan da real müstəqillik istəyirlərsə, Azərbaycanla dil tapmaqdan başqa yolları yoxdur.

Eyni zamanda, Avropa və ABŞ bu münaqişənin həllində fəal olmalı, məhz onlar problemin həllinin qarantına çevrilməlidirlər. Təəssüf ki, hələlik bu istiqamətdə Qərbin fəal olduğunu demək olmaz. Hələlik yalnız Rusiya burada siyasi fəallıq göstərir, Avropa isə bu məsələyə münasibətini dəyişməlidir. Avropa yalnız öz problemləri ilə məşğul olan varlı yaşlı xalaya bənzəyir. O, hətta pul da verməyə hazırdır ki, təki rahatlığı pozulmasın. Lakin belə olmaz! Əgər Avropa özünü geosiyasi vahid hesab edirsə, fəal olmağa borcludur”,
- Novakovski əminliyini qeyd edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *