İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Rəsmi, Foto

İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb – FOTO

İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb


Bu gün Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Zimbabve Respublikasının prezidenti Emmerson Mnanqaqva ilə görüşü olub.

Oxu.Az xəbər verir ki, dövlət başçısı Zimbabve prezidentini qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Daha sonra dövlət başçılarının görüşü olub.

Azərbaycan prezidenti İlham Əliyev Emmerson Mnanqaqvanı salamlayıb və onu ölkəmizdə görməkdən məmnunluq duyduğunu dilə gətirib:

“Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm ki, səfəriniz çox məhsuldar keçəcək və tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacaq. Bu, Zimbabve Prezidentinin Azərbaycana ilk səfəridir, odur ki, bu, tarixi səfərdir. Əminəm ki, məhsuldar müzakirələr zamanı biz əməkdaşlığımızın çox mühüm sahələrini müəyyən edəcəyik. Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin siyası sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik.

Bilirəm ki, gəlişiniz çərçivəsində Siz bir neçə ölkəyə səfər edirsiniz. Çox şadam ki, Azərbaycan da Sizin səfər etdiyiniz ölkələrdən biridir. Bu, Sizin ölkəmizə və münasibətlərimizə verdiyiniz önəmin göstəricisidir. Biz də öz növbəmizdə, ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyirik. Əlbəttə ki, Sizin səfəriniz də bu münasibətlərin inkişafı üçün məsələlərin müzakirəsi baxımından çox əla imkandır. Bir daha Azərbaycana xoş gəlmisiniz”.

“Çox sağ olun Zati-aliləri. Buraya gəldiyimizdən bəri bizim çox səmimi qarşılandığımız üçün Sizə nümayəndə heyəti adından təşəkkürümü bildirmək istəyirəm. Sizin çox gözəl ölkəniz var. Biz ilk dəfədir ki, sizin ölkənizə səfər edirik. Azərbaycanda artıq şahidi olduğumuz inkişaf və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb.

Bizim arzumuz iki ölkə arasında qarşılıqlı siyasi münasibətlərin qurulmasından ibarətdir. Lakin xüsusilə biz iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etmək, həmçinin əməkdaşlıq aparılacaq digər sahələri və ölkələrimiz arasında ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik”, - Zimbabve prezidenti Emmerson Mnanqaqva bildirib.

Sonra dövlət başçıları birgə nahar ediblər.

İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb
İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb
İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb
İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb
İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb
İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb
İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb
İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb
İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb


11:55

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva ilə görüşü olub.

Oxu.Az xəbər verir ki, dövlətimizin başçısı Zimbabve Prezidentini qarşılayıb

Sonra birgə foto çəkdirilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


breitling replica De sale, Der größte und vollständigste omega replica Online-Shop von uhren!

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *