İlham Əliyev: Bu, tarixi bir səfərdir
“Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu olacaq və Almaniya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək”.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə bildirib.
Merkellə dəfələrlə görüşdüyünü bildirən Azərbaycan Prezidenti, ölkələr arasında siyasi dialoqun fəal şəkildə aparıldığını bildirib.
“Çox şadam ki, bu gün siz Azərbaycandasınız. Bu, tarixi bir səfərdir. İkitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, siyasi, iqtisadi əlaqələr, ticarət əlaqələri, regional məsələlər - yəni, bütün bu məsələləri bu gün müzakirə edəcəyik. Əminəm ki, səfəriniz əlaqələrimizə yeni təkan verəcək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Mənbə:> Oxu.Az