Azərbaycanda geni dəyişdirilmiş yemlə toyuq yetişdirən hansı şirkətdir? » AzNews.info -Xəbər portalı

Azərbaycanda geni dəyişdirilmiş yemlə toyuq yetişdirən hansı şirkətdir?

Azərbaycanda geni dəyişdirilmiş yemlə toyuq yetişdirən hansı şirkətdir?

Türkiyədə fəaliyyət göstərən Qida Məhsulları və İstehlakçı Mallarının Sertifikasiyası və Nəzarəti Assosiasiyasının (GIMDES) sədri Hüseyn Kami Böyüközer Azərbaycanın tanınmış broyler şirkətlərindən birinin bəslədiyi toyuqlara geni modifikasiya olunmuş (GMO) qarğıdalı yedirtməsi ilə bağlı qalmaqallı açıqlama ilə çıxış edib.

Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, H. K.Böyüközər açıqlamasında hazırda mövcud olan peyvənd və bir sıra dərmanların beynəlxalq dərman mafiyasının əlində olduğunu deyib. O, qeyd edib ki, yerli toxumu qalmayan, xaricdən buğda toxumu almaq məcburiyyətində qalan bir çox ölkələr belə problemlərlə üzləşirlər. Belə ölkələri aclıqla təhdid edilərək onlara GMO toxumlar verilir.

Azərbaycanda geni dəyişdirilmiş yemlə toyuq yetişdirən hansı şirkətdir?


Böyüközər həmçinin bir neçə il əvvəl Azərbaycanın tanınmış broyler şirkətlərindən birinin də yetişdirdiyi toyuqlara GMO yemlər yedirtdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın yerli broyler şirkətlərindən biri GIMDES-ə müraciət edərək halal sertifikatı almaq istəyib. Prosedura uyğun olaraq bir qrup nümayəndə heyəti araşdırma aparmaq üçün Azərbaycana yola düşüb. Kəsim otağından tutmuş toyuqların yetişdirildiyi fermaya qədər hər yerə baş çəkilib, toyuqlara verilən yemlər yoxlanılıb.

“Azərbaycan ölkəyə GMO məhsullar buraxmayan nadir ölkələrdən olsa da, toyuqlara verilən qarğıdalıdan nümunələr götürülərək İstanbula gətirdik. Nümunələr GMO testi üçün labarotoriyaya göndərildi. Elə həmin ərəfədəTürkiyədən bir telefon zəngi gəldi. Bizdən çox kobud tonda nümunələri nə edəcəyimizi soruşdu, cavablandırdıq. Bu dəfə “sizə yanlış nümunə veriblər, doğru nümunəni firma sizə göndərəcək” dedi. Ona “biz lazımi nümunələri götürmüşük, siz niyə işimizə qarışırsınız?” dedikdə isə tanınmış bir şirkətin Türkiyə təmsilçiliyindən olduqlarını deyib bizi təhdid etməyə başladı”, - deyə H. K.Böyüközər qeyd edib.

Azərbaycanda geni dəyişdirilmiş yemlə toyuq yetişdirən hansı şirkətdir?


GIMDES sədri deyir ki, bütün lazımi təhlillər aparıldıqdan sonra nəticədə Azərbaycanda broyler firmasında toyuqlara verilən qarğıdalının GMO-lu olduğu ortaya çıxıb.

“Azərbaycana GMO-lu məhsulların gətirilməsi qadağan olsa da, demək həmin şirkət saxtakarlıq edərək həmin GMO-lu qarğıdalıları ölkəyə keçirib”, - deyə Böyüközər bildirib.

Qida Məhsulları və İstehlakçı Mallarının Sertifikasiyası və Nəzarəti Assosiasiyası (GIMDES) Türkiyədə 2005-ci ildən fəaliyyət göstərir. İndiyə qədər Azərbaycanın bir çox broyler şirkətləri bu sertifikatı almaq üçün Assosiasiyaya müraciət ediblər.

Azərbaycanda geni dəyişdirilmiş yemlə toyuq yetişdirən hansı şirkətdir?


Virtualaz.org-un məlumatına görə, Azərbaycandan Assosiasiyaya ilk müraciət edən şirkətlərdən biri “Səba” (“Dəvəçi broyler”) olub. Lakin şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən virtualaz.org-a bildirildi ki, fabrikin məhsulları bir neçə il dalbadal bu sertifikatı alıb, şirkət imtina cavabı almayıb: ““Səba” şirkəti illərdir GIMDES-in halal sertifikatını alır və hər il də yenilənir. Digər tərəfdən isə “Səba” şirkəti toyuqların bəslənməsində özünün istehsal etdiyi qarğıdalıdan istifadə edir. Məhz bu səbəbə görə, 2008-ci ildən, dünyada quş qripi yayılmağa başlayanda xaricdən gətirilən qarğıdalıdan imtina olunub. 2011-ci ildən isə qarğıdalı əkininə başlanılıb və 2012-ci ildən toyuqlara yerli istehsal olan yem verilir. “Səba” GIMDES-ə də yalnız özünün istehsal etdiyi yemdən göndərib”, - deyə şirkətdən bildirdilər.

Azərbaycanda geni dəyişdirilmiş yemlə toyuq yetişdirən hansı şirkətdir?


İlk GIMDES sertifikatı “Səba” şirkətinə 2014-cü ildə verilib və hazırda sertifikatın bitmə müddəti 2019-cu ilin sentyabr ayıdır. Bu barədə GIMDES-in saytında məlumat verilib. Sertifikat verilməyən və müddəti bitən şirkətlərin adları qeyd olunsa da, bunlar son 1 və ya 2 il ərzində müraciət edən şirkətlər olduğundan H.K. Böyüközərin haqqında danışdığı broyler barəsində məlumat qeyd olunmayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *