Trampa qarşı impiçment yaxınlarda işə salına bilər
Demokratik Partiyanın nümayəndələri ABŞ prezidenti Donald Trampa qarşı impiçment prosesini yaxın zamanlarda işə sala bilərlər.
Oxu.Az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Vaşinqton siyasi dairələrinin mənbələri məlumat verir.
Lakin qeyd olunur ki, demokratlar Trampın istefa verməyəcəyini real olaraq anlayırlar və ona görə növbəti prezident seçkilərində potensial rəqibə mümkün qədər zərər vurmaq planına riayət etməyə çalışırlar.
“Aydındır ki, senatda respublikaçıların say üstünlüyünü nəzərə alaraq, Trampı impiçment vasitəsilə istefaya göndərmək qeyri-mümkündür”, - deyə nümayəndə nəşrə müsahibəsində bildirib.
Mənbə:> Oxu.Az