Çavuşoğlu Trampa: Sosial şəbəkə müzakirə yeri deyil » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Çavuşoğlu Trampa: Sosial şəbəkə müzakirə yeri deyil

Çavuşoğlu Trampa: Sosial şəbəkə müzakirə yeri deyil


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sosial şəbəkədə yazdığı mesaja görə ABŞ prezidenti Donald Trampı tənqid atəşinə tutub.

Oxu.Az xəbər verir ki, “Twitter” səhifəsində Tramp Türkiyə silahlı qüvvələrinin kürd özünümüdafiə qüvvələrinə hücum edəcəyi təqdirdə Ankaraya qarşı iqtisadi ölçülərin götürüləcəyi ilə təhdid edib.

“Strateji tərəfdaşlıqla bağlı mövzular sosial şəbəkələrdə müzakirə olunmamalıdır. Bizim ABŞ-la əlaqə üçün bütün rəsmi kanallarımız açıqdır.

Biz Trampın böyük təzyiq altında olduğunu, onun qoşunları Suriyadan çıxarmaması üçün təpkilər göstərildiyini, beləcə, Trampın çox mürəkkəb situasiyada olduğunu bilirik. Bununla sosial şəbəkələr belə mövzuların müzakirə yeri deyil”, - deyə Çavuşoğlu NTV telekanalının efirində bildirib.

Çavuşoğlu Türkiyənin nə ABŞ, nə də başqa ölkənin təhdidlərindən qorxmadığını və bütün dövlətlərin Ankaraya sayğı göstərməli olduğunu vurğulayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *