Çindən Türkiyəyə növbəti dəstək
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə çinli həmkarı Van İ arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, tərəflər Türkiyə-Çin əməkdaşlığını müzakirə edib.
Van İ ölkəsinin Türkiyənin milli təhlükəsizliyi, sabitliyi, iqtisadiyyatı və sosial inkişafını qorumaq üçün göstərdiyi səyləri dəstəklədiyini bildirib.
Çavuşoğlu isə Türkiyənin Çinlə strateji dialoqu gücləndirməyə hazır olduğunu deyib:
“Türkiyənin Çinlə qarşılıqlı mənafeyə söykənən əməkdaşlığını daha da dərinləşdirəcəyimizə ümid edirik”.
Mənbə:> Axar.az