Ağalarovların Trampla görüşdürdüyü vəkil axtarışa verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Ağalarovların Trampla görüşdürdüyü vəkil axtarışa verildi

Ağalarovların Trampla görüşdürdüyü vəkil axtarışa verildi

2016-cı ilin yayında indiki ABŞ prezidentı Donald Trampın seçki qərargahının nümayəndələri və oğlu kiçik Donaldla görüşən rusiyalı vəkil Natalya Veselnitskaya barəsində cinayət işi qaldırılıb. Virtualaz.org xəbər verir ki, adı xüsusi prokuror Robert Müllerin Rusiya təhqiqatında keçən Veselnitskaya bu dəfə başqa iş üzrə ədalətə maneçilik yaratmaqda ittiham olunur. Onun barəsində Nyu-York prokurorluğu ittiham irəli sürüb və axtarışa verib.

Yanvarın 8-də açıqlanmış ittihamnamədə deyilir ki, Natalya Veselnitskaya vergi iadəsi fırıldağı ilə bağlı mülki məhkəmə işində hakimə yanlış ifadələr verib. ABŞ İmmiqrasiya və Gömrük Xidməti Daxili Təhlükəsizlik Təhqiqatları bölümünün Nyu York ofisinin rəhbəri Angel M. Melendez deyib ki, Veselnitskaya ABŞ müstəntiqlərinə bilərəkdən yanlış məlumatlar verməsi ilə bağlı bundan sonra Birləşmiş Ştatlarda axtarışda olan şəxs hesab edilir.

Ağalarovların Trampla görüşdürdüyü vəkil axtarışa verildi


Veselnitskaya məhkəmə işində Rusiyanın nəzarətində olan və 2017-ci ildə ABŞ hakimiyyət orqanları tərəfindən 230 milyon dollarlıq vergi fırıldağında ittiham edilən, habelə sonradan bu işin məhkəmədən kənar həlli üçün 6 milyon dollar cərimə ödəməyə razılaşan “Prevezon Holdings Ltd” daşınmaz əmlak firmasını təmsil edib.

Xatırladaq ki, prezident Tramp xüsusi prokuror Robert Müllerə yazılı ifadəsində 2016-cı ilin iyununda böyük oğlu Donald Tramp və kürəkləni Jared Kuşnerin “Trump Tower otelində”, aralarında Veselnitskaya da olan bir qrup rusiyalı ilə görüşü barədə məlumatsız olduğunu iddia edib. Həmin görüşün azərbaycan əsilli rusiyalı biznesmenlər-ata-oğul Araz Ağalarov və Emin Ağalarovun köməyi ilə təşkil olunduğu məlumdur. Danışıqlara əsasən Veselnitskaya Trampın adamlarına Hillari Klinton barədə kompromatlar verməliydi. Həmin kompromatları isə Amerika KİV-lərinə məlum olduğuna görə baş prokuror Yuri Çayka Araz Ağalarova ötürmüşdü. Lakin görüş baş tutanda məlum olub ki, rusiyalı vəkildə heç bir kompromat yoxdur. Bununla belə Hillari Klinton barəsində kompromat əldə etmək məqsədi ilə “Kremlin gizli agenti” ilə görüş faktının özü xüsusi prokurorun araşdırma predmetidir.

Ağalarovların Trampla görüşdürdüyü vəkil axtarışa verildi


Veselnitskaya Rusiya hökumətinin adından fəaliyyət göstərdiyini inkar edir.

“The Bell” prokurorluq sənədlərinə istinadən yazır ki, Veselnitskaya hansısa yüksək rütbəli rusiyalı prokurorun köməyi ilə “Prevezon Holding” şirkəti üzərindən çirkli pulların yuyulması barədə təhqiqata mane olmağa çalışıb. Həmin Kipr şirkətinin sahibi “Rusiya Dəmir Yolları”nın vitse-prezidentinin oğlu Denis Katsıvdır.

Həmin şirkətə qarşı təhqiqat 2013-cü ildə “Hermitage Capital Management” fondunun rəhbəri Uilyam Brauderin ərizəsi əsasında başlamışdı.

Nyu-York prokurorluğunun ittihamı əsasında Veselnitskayanı 10 ilə qədər həbs gözləyir. Onun hazırda Rusiyada yaşadığı güman olunur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *