ABŞ-da xüsusi prokuror azərbaycanlı milyarderin pul köçürmələrini araşdırır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Sosial

ABŞ-da xüsusi prokuror azərbaycanlı milyarderin pul köçürmələrini araşdırır

ABŞ-da xüsusi prokuror azərbaycanlı milyarderin pul köçürmələrini araşdırır

ABŞ-da Rusiyanın seçkilərə müdaxiləsini və Donald Trampın komandası ilə Moskva arasında gizli sövdələşməni araşdıran xüsusi prokuror Robert Müller azərbaycanlı milyarder Araz Ağalarovun pul köçürmələri ilə maraqlanır. Virtualaz.org xəbər verir ki, bu haqda “BuzzFeed” nəşri sənədlərə istinadən yazır.

Bildirilir ki, Müllerin diqqətini “Crocus Group” şirkətinin sahibi Araz Ağalarovla holdinqin vitse-prezidenti İrakli Kavaladze arasında pul köçürmələri cəlb edib.Sənədlərə əsasən söhbət 3.3 milyon dollarlıq tranzaksiyadan gedir. Pullar “Citibank”, “JP Morgan Chase” və “Morgan Stanley” bankları üzərindən köçürülüb.

ABŞ-da xüsusi prokuror azərbaycanlı milyarderin pul köçürmələrini araşdırır


Sayt qeyd edir ki, İrakli Kavaladze Donald Trampın oğlu ilə rusiyalı vəkil Natalya Veselnitskaya arasında ABŞ-dakı president seçkiləri ərəfəsində Nyu-Yorkdakı “Trump Tower” də baş tutmuş görüşün iştirakçısıdır. Həmin görüşü Araz Ağalarovun oğlu Emin Ağalarov təşkil etmişdi. Görüşdə Donald Trampın oğlu rusiyalı vəkildən Hillari Klintonun əleyhinə kompromatlar almağa ümid edirdi.

ABŞ-da xüsusi prokuror azərbaycanlı milyarderin pul köçürmələrini araşdırır


Lakin Ağalarovun və Kavaladzenin amerikalı vəkili Skott Balber bildirib ki, həmin pul köçürmələrində şübhəli heç nə yoxdur. O dəqiqləşdirib ki, Araz Ağalarov həmin köçürmələrlə özünün ABŞ-dakı işçisinin işgüzar xərclərini və öz şəxsi xərclərini maliyyələşdirib.

Xatırladaq ki, oğul Trampla rusiyalı vəkil arasında həmin görüşü xüsusi prokuror çoxdan araşdırır. Görüşü təşkil edən britaniyalı PR-menecer, E.Ağalarovun prodüseri Rob Qoldstoun bu işi azərbaycanlı biznesmen-müğənninin xahişi ilə etdiyini bildirir. Qoldstoun həmin görüşün təşkil edilməsi və xüsusi prokuror tərəfindən necə dindirilməsi barədə kitab da yazıb. Kitabın çapdan çıxması ərəfəsində o, The Wall Street Journal”a müsahibəsində deyib ki, Robert Müller bu görüşlə çox maraqlanırdı. Hətta dindirmə zamanı ona görüşün keçirildiyi otaqdakı masanın şəklini çəkmək də tapşırılıb. Habelə Müller Trampın 2013-cü ildə “Dünya gözəli” müsabiqəsi üçün Moskvaya səfəri barədə çoxlu suallar verib. “Müllerin komandası bilmək istəyirdi ki, Trampın Ağalarovlar ailəsi ilə, Rusiya hökuməti və Kremllə münasibətləri necə idi”-Qoldstoun bildirir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *