Ceyranbatanda, gecənin zülmət qaranlığında baş verənlər... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Ceyranbatanda, gecənin zülmət qaranlığında baş verənlər...

Ceyranbatanda, gecənin zülmət qaranlığında baş verənlər...

Bakının mərkəzindən tutmuş ucqarlarına qədər hər yerə səpələnmiş, ətraf mühiti zəhərləməklə heç bir standarta uyğun olmayan istehsal həyata keçirən kustar metaləritmə sexlərinə qarşı görülmüş cəza tədbirləri nəticəsiz qalır.

Oxucular belə sexlərdən daha ikisinin-Ceyranbatan ərazisində, “Tok zavod” kimi tanınan sovet sənaye müəssisəsinin xarabalıqlarında yerləşən sexlərin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tətbiq edilmiş cərimələrə baxmayaraq yenidən öz işində olduğunu təsdiq edən videokadrları redaksiyamıza təqdim edib.



Xatırladaq ki, reportyor qrupumuz qaçqın və məcburi köçkünlərin məskunlaşdığı köhnə zavod binalarının yaxınlığında yerləşən həmin sexlərin havanı necə zəhərlədiyini bu günlərdə araşdırmışdı. Həmin araşdırmadan sonra ETSN-in əməkdaşları sexlərdə olublar. Nazirliyin yaydığı məlumatda deyilirdi ki, faktla bağlı “GurCel” MMC-yə məxsus metaləritmə sexinin rəisi Amil Süleymanov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğu və avandanlıqların quraşdırılması məqsədilə “GurCel” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.



Amma nə bu cəriməyə, nə “məcburi göstərişə” məhəl qoyan olmayıb. Virtualaz.org xəbər verir ki, kadrlara əsasən yan-yana yerləşən həmin sexlər gecə qaranlığında da işi dayandırmayıb və kustar sobalarda metal tullantılarını əritməklə, havanı zəhərləməklə məşğuldur.

Belə görünür ki, həmin cərimə cəzası və “məcburi göstəriş” əslində formal xarakter daşıyır. Və bu cür metaləritmə sexləri saytımızın araşdırmalarından sonra reydlər keçirən ETSN əməkdaşları ilə “yerindəcə anlaşırlar” və fəaliyyətlərini davam etdirirlər. Üstəlik onlara kəsilən cərimələri də ödəmirlər...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *