Biz araşdırdırıb yazırıq, onlar cərimələyir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Biz araşdırdırıb yazırıq, onlar cərimələyir ƏSLİNDƏ İSƏ CİBLƏRİNİ DOLDURUR?....

Biz araşdırdırıb yazırıq, onlar cərimələyir

Bakının mərkəzindən tutmuş ucqarlarına qədər hər yerə səpələnmiş çoxsaylı kustar metaləritmə sexləri barədə virtualaz.org saytının reportyor qrupunun təxminən iki aya yaxındır ki, apardığı araşdırmalardan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bəzi əməkdaşlarının öz ciblərini doldurmaq üçün yararlandığı haqda xəbərlər almışıq.

Həmin xəbərlərə əsasən nazirliyin əməkdaşları hər dəfə belə sexlər barədə araşdırma, reportaj dərc olunanda onlara baş çəkir və müxtəlif məbləğlərdə cərimə cəzaları kəsir. Əslində isə həmin cərimələr formal xarakter daşıyır və demək olar ki, ödənilmir.

Biz araşdırdırıb yazırıq, onlar cərimələyir


Ona görə ödənilmir ki, cərimə cəzaları barədə aktlar müvafiq qaydada hökumət ödəniş portalında yerləşdirilmir və nəticədə kustar sexlərin sahibləri onları ödəməyərək fəaliyyətlərini heç nə olmamış kimi davam etdirirlər. Və məlumatlara görə əksər hallarda sex sahibləri ilə nazirlik əməkdaşları arasında yerindəcə sövdələşmə əldə edilir, onlar müəyyən məbləği qeyri-rəsmi, nəğd ödəyərək daha bir neçə ay işləmək üçün möhlət alırlar.

Qeyd edək ki,hər dəfə reportyor qrupumuz belə sexlərə baş çəkəndə gözətçilər gələnləri “ekologiyanın işçiləri” zənn edirdi. Və bu da təsdiq edirdi ki, ETSN işçiləri belə sexlərin necə işlədiyini bizdən əvvəl də yaxşı bilirdilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ətraf mühiti çirkləndirdiyi üçün cərimələnən belə sexlərdən birinin sahibi deyib ki, onun müəssisəsinə kəsilən cərimə məbləğini ödəməyib. Və nazirliyin əməkdaşları ilə “yerindəcə anlaşıb”.

Biz araşdırdırıb yazırıq, onlar cərimələyir


Redaksiya bu məlumatları nazirliyə çatdırıb və oradan məsələni araşdıracaqlarına söz veriblər.

Amma deyəsən məsələ araşdırılmadan da aydındır, ortadadır. Çünki ətraf mühiti çirkləndirən, havaya zərərli tullantılar buraxan müəssisələrə, iaşə obyektlərinə qarşı qəti tədbirlərin görülməsi barədə birbaşa ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlardan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir sıra sərt addımlar atıb. Bu günlərdə elan edilib ki, xəbərdarlıqla müəyyən edilmiş müddətdə təmizləyici qurğular quraşdırmadıqları üçün Bakıdakı 17 şadlıq sarayı və restoranların fəaliyyətinin dayandırılması üçün məhkəmə iddiası qaldırılıb.

Yaxud bir neçə həftə əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi birgə məlumat yayaraq bir neçə daş karxanalarının ətraf mühitə zərər vurduqları üçün bağlandığını, onların sahiblərinin həbs edildiyini açıqladı.

Biz araşdırdırıb yazırıq, onlar cərimələyir


Həmin rəsmi məlumatda deyilirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən aparılan monitorinqlərin nəticəsində 22 hüquqi və 26 fiziki şəxsin Abşeron rayonu, Bakı şəhərinin Qaradağ, Səbail və Xəzər rayonları ərazisində yerləşən əhəngdaşı yataqlarında qeyri-qanuni istismar işləri aparmaları ilə əlaqədar toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.2.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

ETSN-in mütəxəssisləri cəlb olunmaqla aparılmış təhqiqat nəticəsində məlum olub ki, Abşeron rayonunda yerləşən “Güzdək”, Bakı şəhərinin Qaradağ rayonundakı “Güzdək, Gülbaxt, Qaradağ-II, Şahqaya və Karvansaray”, Xəzər rayonunda yerləşən “Türkan-I və Türkan-II” və Səbail rayonu ərazisindəki “Şahinbax” mişardaşı karxanası və əhəngdaşı yataqlarında fəaliyyət göstərən 48 sahibkarlıq subyekti ətraf mühitin qorunması sahəsində qanunvericiliyin tələblərini yerinə yetirməyib, apardıqları qeyri-qanuni istismar işləri nəticəsində ətraf mühitə ümumilikdə 5 milyon manata yaxın ziyan vurub.

Biz araşdırdırıb yazırıq, onlar cərimələyir


Bakıda havaya kabab tüstüsü buraxan toyxana və restoranların bağlanması üçün iddiaların qaldırılması, yaxud köhnə kombaynlar işlədib havanı toz-dumana qatan daş karxanalarının bağlanması və sahiblərinə qarşı cinayət işi qaldırılması dövlət başçısının tapşırıqlarından irəli gələn müsbət fəaliyyətdir. Çünki sahibkarlıq fəaliyyəti ilə məşğul olub qazanc götürənlər nəhayət bilməlidir ki, bunu başqalarının sağlamlığına, təhlükəsizliyinə zərbə vurmaq hesabına etmək olmaz, əks halda onları cəza, bizneslərinin bağlanması gözləyyə bilər.

Lakin belə sual meydana çıxır: nədən eyni qətiyyət Bakının mərkəzindən tutmuş ucqarlarına qədər hər yerə səpələnən, yaşayış evlərinə, iaşə müəssisələrinə az qala bitişik fəaliyyət göstərən, havaya gecə-gündüz təhlükəli ağır metal tullantıları buraxan onlarla kustar metaləritmə sexlərinə münasibətdə müşahidə edilmir?

Kim deyə bilər ki, kabab tüstüsü metal tullantılarının kustar mazut sobalarında əridilməsi nəticəsində havaya buraxılan qara tüstüdən daha zəhərlidir, təhlükəlidir? Bəlkə bu ikili standartların arxasında hansısa korrupsiya maraqları var? (Hansı ki, bunun əlamətlərini sezməmək mümkün deyil)

Biz araşdırdırıb yazırıq, onlar cərimələyir


Araşdırmalarımız da göstərir ki, kustar metaləritmə sexlərinin fəaliyyətinin arxasında əslində bu sahədə çoxşaxəli qanunsuzluqlar dayana bilər. Metal tullantılarının yığılmasından, yaxud dövlət şirkətlərinin balansında olan əmlakın tullantı adı ilə silinib belə sexlərə verilməsindən tutmuş heç bir standarta cavab verməyən hazır məhsulun satışına və inşaatda istifadə edilməsinə qədər.

Hansı ki, müvafiq dövlət strukturları bu çoxşaxəli fəaliyyətə münasibətdə nəyə görəsə şadlıq sarayları və daş karxanalarına münasibətdə nümayiş etdirilən qətiyyətlə davranmırlar, yaxud ümumiyyətlə göz yummağa üstünlük verirlər. Ən yaxşı halda isə yüngül cərimələr yazılır və ödənilmir...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *