Gürcüstanın 40 tikinti şirkətindən Rasim Məmmədovun yanına gəldilər
Gürcüstanın təxminən 40 tikinti şirkətinin nümayəndələri istehsal prosesi ilə tanış olmaq üçün Baku Steel Company Şirkətinə baş çəkiblər.
Bu barədə virtualaz.org-a şirkətdən məlumat veriblər.
Gürcü tikinti şirkətlərinin nümayəndələri, həmçinin zavodda istehsal edilən armaturun keyfiyyətini yoxlamaq və müəssisədəki bütün istehsalat prosesini öyrənmək niyyətindədirlər.
Bundan başqa, 50 nəfərdən ibarət nümayəndə heyəti zavod tərəfindən istehsal edilən məhsulların laboratoriya sınaqlarında iştirak etmək və Baku Steel Company Şirkətinin başçısı Rasim Məmmədovla görüşmək arzusundadırlar.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Gürcüstanın məşhur Arfi Group, Sea Star, New Horizon, Green Urban, Gera, ANDA, Unix Development və başqa tikinti şirkətlərinin nümayəndələri var.
Bütün bu şirkətlər Baku Steel Company Şirkətində istehsal olunan armaturların potensial alıcılarıdır.
Mənbə:> Virtualaz.org