Müxalifət “Baku Steel”in ölüm xəbərini verdi » AzNews.info -Xəbər portalı

Müxalifət “Baku Steel”in ölüm xəbərini verdi

Müxalifət “Baku Steel”in ölüm xəbərini verdi

Dünən bir sıra müxalifət KİV-ləri “Baku Steel Company” poladəritmə şirkətinin bağlanması haqqında məlumat yayıblar. Ələlsxüsus bildirilir ki, şirkətin təxminən 250 əməkdaşı öz hesablarına məzuniyyətə göndəriliblər. Bundan əlavə, gələn aydan etibarən “Baku Steel Company”nin törəmə müəssisəsi olan “Azərboru” zavodunun bağlanacağı gözlənilir.

Yayılan şayiələri şərh etmək üçün virtualaz.org “Baku Steel Company”yə müraciət edib. Şirkətdən bildirilib ki, heç bir bağlanmadan söhbət gedə bilməz. Əksinə, şirkət “Azərboru” zavodunun yenidən qurulması üzrə çoxmilyonluq investisiya layihəsini həyata keçirir.

“2017-ci ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Baku Steel Company”yə aid olan “Azərboru” zavodunun açılışı keçirilib. Açılış mərasimində Prezidentə zavodun ilkin yenidən qurulması üzrə ümumi məbləği 36 milyon dollar olan görülmüş işlərin həcmi təqdim edilib.

Müxalifət “Baku Steel”in ölüm xəbərini verdi


Elə həmin vaxt dövlət başçısı tərəfindən istehsal həcminin 180 min ton nominal gücə qədər artırılması və boruların keyfiyyətinin APİ standartlarına çatdırılması barədə göstərişlər verilib. Bununla əlaqədar 2019-cu ilin yanvar ayından “Baku Steel Company” 25 milyon dollar dəyərində yenidənqurmanın ikinci mərhələsinin həyata keçirilməsi üzrə investisiya proqramına start verəcək.

Hazırkı mərhələdə Almaniya, İtaliya, Cənubi Koreya, Türkiyə kimi ölkələrdə hazırlanmış istehsal xətlərinin quraşdırılması nəzərdə tutulur ki, bu da 10 aydan sonra boru istehsalı üzrə illik gücü 180 tona çatdırmağa imkan yaradacaq”, - şirkətdən bildirilib.

O da qeyd olunub ki, yuxarıda sadalanan işlərə görə “Azərboru” zavodunun kollektivinin müəyyən hissəsi əməkhaqqının 67%-nin saxlanması şərtilə müvəqqəti məzuniyyətə göndərilib, digər hissəsi isə yenidənqurma üzrə işlərin görülməsinə cəlb olunacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *