Ölkənin ən iri metallurgiya müəssisəsi hələ də işıqsızdır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Ölkənin ən iri metallurgiya müəssisəsi hələ də işıqsızdır

Ölkənin ən iri metallurgiya müəssisəsi hələ də işıqsızdır

Ötən gecə Mingəçevirdəki “Azərbaycan” İES-də baş vermiş və elektrik stansiyasının işinin tamamilə dayanmasına səbəb olmuş partlayış və yanğın nəticəsində ölkənin sənaye müəssisələri də elektrik enerjisisiz qalıb. Virtualaz.org xəbər verir ki, bu gün bəzi müəssisələrin elektrik enerjisi təchizatının bərpa edildiyi barədə məlumatlar yayılsa da Azərbaycanın ən iri metallurgiya müəssisəsi olan “Baku Steel Company” hələ də işini bərpa edə bilməyib.

Şirkətin mətbuat xidmətindən bildirildiyinə görə zavodun metaləritmə sobaları dayanıb, müəssisəyə dəyən zərərin həcmi 500 min manatı keçib. Zavoda elektrik enerjisinin verilməsinin nə zaman bərpa ediləcəyi məlum deyil.

Ölkənin ən iri metallurgiya müəssisəsi hələ də işıqsızdır


“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə virtualaz.org-a açıqlamasında bildirib ki, “Baku Steel Company” ASC-yə elektrik enerjisinin verilməsi günün ikinci yarısında bərpa edilib.

Lakin şirkətlə yenidən əlaqə saxladıq və məlum oldu ki, günün ikinci yarısında həqiqətən elektrik enerjisinin verilməsi bərpa edilib, amma zavoda yox, şirkətin ofisinə. “Bəli, hazırda ofisdə elektrik enerjisi var, amma zavodun sexlərinə elektrik enerjisi verilmir, metaləritmə sobaları işini dayandırıb və müəssisə hər saat külli miqdarda zərər edir”-şirkətin mətbuat xidmətindən bildirilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *