Oliqarxların "qara siyahısı" hazırlandı, baş nazirə təqdim olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Oliqarxların "qara siyahısı" hazırlandı, baş nazirə təqdim olundu

Oliqarxların "qara siyahısı" hazırlandı, baş nazirə təqdim olundu

Britaniyanın xüsusi xidmət orqanları kəşfiyyatın Kremllə yaxınlıqları olduğunu hesab etdiyi rusiyalı iş adamlarına təzyiqi gücləndirmək niyyətindədirlər. Virtualaz.org xəbər verir ki, bu barədə “The Daily Telegraph” nəşri yazır.

Siyahıya Roman Abramoviç, Alişer Usmanov, Oleq Deripaska, həmçinin Boris və Arkadi Rotenberqlər daxil edilib.

Oliqarxların "qara siyahısı" hazırlandı, baş nazirə təqdim olundu


Mənbə bildirir ki, siyahı baş nazir Tereza Meyə təqdim olunub və xanım Mey onu təsdiq edib. İndi London sənədin müttəfiq ölkələrin xüsusi xidmət orqanlarına ötürülməsinə hazırlaşır.

Qəzetin Britaniya hökumətindəki mənbəyi dəqiqləşdirir ki, adı çəkilən şəxslərin Böyük Britaniyada və başqa ölkələrdə sərbəst hərəkət etmələrinə və iş görmələrinə məhdudiyyətlər qoyulacağı planlaşdırılır. Bu kampaniyanın QRU-nun keçmiş əməkdaşı Sergey Skripalın və qızının zəhərlənməsinə cavab addımı olacağı deyilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *