Bakıda daha bir süpürgəçinin faciəli ölümü- Almaxanım növbəti qurbandır... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Bakıda daha bir süpürgəçinin faciəli ölümü- Almaxanım növbəti qurbandır... TEXNİKALAR İSTİRAHƏT EDİR, İNSANLAR QURBAN GEDİR....

Bakıda daha bir süpürgəçinin faciəli ölümü- Almaxanım növbəti qurbandır...

Bakıda daha bir süpürgəçi faciəsi baş verib. Dünən səhər saatlarında Bakının Nizami rayonunda, H.Əliyev prospektində avtomobillə vurularaq ağır xəsarət alan 53 yaşlı süpürgəçi Almaxanım Muradova ötən gün dekabrın 7-də xəstəxanada keçinib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, qara ciyərin partlaması və çoxsaylı sınıq xəsarətləri ilə xəstəxanaya daxil olan yaralı əməliyyata götürülüb. Əməliyyat bir neçə saat davam etsə də, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Bu, paytaxt yollarında təmizlik işləri aparan mənzil kommunal istismar idarələri əməkdaşlarının maşınla vurulub öldürülməsi ilə bağlı ilk hadisə deyil. Son illər faciəli şəkildə dünyasını dəyişən onlarla belə süpürgəçi qadınla bağlı məlumat vermişdik. Hansı ki, Bakıda hərəkət sürətinin yüksək olduğu, nəqliyyatın sıx hərəkət etdiyi yolları əllərində süpürgə yaşlı qadınların təmizləməsi onların həyatına birbaşa təhlükə yaradır. Bir müddət əvvəl süpürgəçinin maşınla vurulub öldürülməsi sosial şəbəkələrdə və KİV-lərdə geniş müzakirələrə səbəb olmuşdu, Bakı küçələrini nədən xüsusi texnikanın deyil, qadınların təmizlədiyi barədə haqlı suallar yaratmışdı.

Bakıda daha bir süpürgəçinin faciəli ölümü- Almaxanım növbəti qurbandır...


Həmin ictimai rezonansdan sonra Bakı Şəhər İcra Hakimiyyətinin paytaxt küçələrini təmizləmək üçün xüsusi texnika alacağı açıqlanmışdı. Hətta bu ilin avqust ayında Rusiya mətbuatında "Yaroslaviç" İstehsalat Müəssisəsi tərəfindən “KDM76-15” “Yaroslaviç” 5 ədəd kommunal-yol maşınlarının növbəti partiyasını Azərbaycana yola saldığı barədə xəbərlər də yer almışdı. Həmin xəbəri virtualaz.org oxuculara çatdırdı.

Bildirilirdi ki, “KamAZ-65115” şassisində quraşdırılmış və möhkəm örtüklü asfalt yollarda xidmət üçün nəzərdə tutulmuş bu maşınlar qış aylarında şəhər küçələrini qardan təmizləməli, yay aylarında isə yolların süpürülməsi, səkilərin, yol nişanlarının yuyulması, yol təmiri zamanı asfalt hissələrinin daşınmasında istifadə olunmaq üçündür.

Bakıda daha bir süpürgəçinin faciəli ölümü- Almaxanım növbəti qurbandır...


Bakı şəhər İcra Hakimiyyətinin açıqlamasında isə deyilirdi ki, prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prossesində onların təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər hazırlanıb.

Bu tədbirlərin hazırlanmasına avropalı aparıcı ekspertlər cəlb olunub, onların təklifləri əsasında müzakirələr aparılıb. Tədbirlər çərçivəsində əsas magistral yollarda, prospektlərdə zibilin yığışdırılma işinin tamamilə avtomatlaşdırılması nəzərdə tutulub.

Bakıda daha bir süpürgəçinin faciəli ölümü- Almaxanım növbəti qurbandır...


“Hazırda şəhər təsərrüfatı texnikası istehsalında böyük təcrübəsi olan Almaniyanın “MAN” şirkətinin istehsalı olan 10-a yaxın belə texnika Bakıya gətirilərək təsərrüfatçılara verilib. Eyni zamanda yeni texnikaların alınması ilə bağlı digər şirkətlərlə də danışıqlar aparılır, yeni və müxtəlif təyinatlı texnikaların alınması istiqamətində işlər davam etdirilir»-açıqlamada deyilirdi.

Lakin Bakı şəhər İcra Hakimiyyətindəki mənbələrdən əldə etdiyimiz məlumata görə, Rusiyadan və digər xarici ölkələrdən (Almaniyadan alınan 10 maşın istisna olmaqla) Bakıya xüsusi texnika hələ gətirilməyib. Hazırda bir neçə şirkətlə yeni texnikanın alınması üçün danışıqlar aparılır. Amma süpürgəçi qadınları əvəzləyəcək texnikanın paytaxta nə vaxt gətiriləcəyi bəlli deyil. Yəni onların həyatı hər gün risk altında qalmaqda davam edəcək...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *