Daxili İşlər Nazirliyi Sumqayıtda şəhər təsərrüfatı işçisinin avtomobillə vurulması barədə » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Daxili İşlər Nazirliyi Sumqayıtda şəhər təsərrüfatı işçisinin avtomobillə vurulması barədə

Daxili İşlər Nazirliyi Sumqayıtda şəhər təsərrüfatı işçisinin avtomobillə vurulması barədə

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda şəhər təsərrüfatı işçisinin avtomobillə vurulması hadisəsi barədə açıqlama verib.

DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, Sumqayıt Yaşıllaşdırma idarəsinin işçisi, şəhər sakini Vidadi Rəsulov Koroğlu küçəsində yolu piyadalar üçün müəyyən olunmamış yerdən keçərkən Tariyel Xəlilovun idarə etdiyi “Opel Astra” markalı avtomobillə vurulub. V.Rəsulov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

* * *11:43

Bu gün səhər saatlarında Sumqayıtın mərkəzi küçələrindən birində süpürgəçi qadının avtomobillə vurulması barədə “Report” agentliyinin məlumatı təsdiqini tapmayıb.

Virtualaz.org Sumqayıtdakı mənbələrdən dəqiqləşdirib ki, avtomobillə vurulan piyada 1983-cü il təvəllüdlü Rəsulov Vidadi Zahid oğludur. O, Sumqayıt İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismar Birliyinin yaşıllaşdırma departamentinin işçisidir, süpürgəçi deyil. Hadisənin hansı avtomobillə törədildiyi məlum deyil.

* * *10:55

Sumqayıt şəhərində süpürgəçi qadını avtomobil vuraraq öldürüb. Hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb. Səhər saatlarında küçədə hərəkətin intensiv olduğu saatlarda təmizlik işləri aparan, hələlik adı məlum olmayan süpürgəçini maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Virtualaz.org Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismar Birliyinə zəng vurub, hadisənin təfərrüatlarını dəqiqləşdirməyə çalışıb. Oradan bildiriblər ki, yollarda təmizliyə İstehsalat Birliyinin tərkibindəki Təmizlik Departamenti baxır və onlarla əlaqə saxlamaq lazımdır.

Lakin həmin departamentdən telefon zənginə cavab verən qadın bildirib ki, onlar hadisə haqda eşitməyiblər. “Mənim xəbərim yoxdur, müdir də hazırda iclasdadır”-o bildirib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən də hadisə ilə bağlı şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakının Heydər Əliyev prospektində, Sabunçu körpüsünün üzərində süpürgəçi qadını “Kamaz” avtomobili ilə vuraraq öldürüblər. Bu hadisə geniş ictimai rezonans doğurub. İctimaiyyət sual edib ki, nəyə görə həərkət sürətinin saatda 120 kilometr olduğu təhlükəli yolda təmizlik işlərini xüsusi texnika yox, əli süpürgəli qadınlar həyata keçirir.

Bu hadisə ətrafında günlərlə davam edən müzakirələrdən sonra DYP Suraxanı rayon İcra Hakimiyyətində xüsusi tədbir təşkil edərək yol süpürənlərə işıq qaytaran xüsusi jiletlər paylayıb. Lakin belə görünür ki, bu jiletlər problemdən çıxış yolu deyil-süpürgəçi qadınlar yollarda ölməkdə davam edir...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *