Bu dəfə Amerika neft nəhəngi Azərbaycanı tərk edir » AzNews.info -Xəbər portalı

Bu dəfə Amerika neft nəhəngi Azərbaycanı tərk edir VACİB MƏLUMAT

Bu dəfə Amerika neft nəhəngi Azərbaycanı tərk edir

ABŞ-ın neft nəhəngi Exxon Mobil Azərbaycanın iri neft-qaz layihəsini tərk etməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu barədə xəbəri az əvvəl “Reuters” neft və bank sektorundakı mənbələrə istinadən bildirib.

Məlumatda deyilir ki, “Exxon Mobil” şirkətinin Azəri-Çıraq-Günəşli blokunda yataqların istismarını həyata keçirən beynəlxalq konsorsiumu tərk etməsi qlobal əməliyyatlarına yenidən baxmaq planları ilə bağlıdır.

Bu dəfə Amerika neft nəhəngi Azərbaycanı tərk edir


Amerika neft nəhəngi “Əsrin müqaviləsi”indəki 6.8 faizlik payını satmağı və bundan 2 milyard dollar əldə etməyi planlaşdırır. Lakin “Exxon Mobil” şirkətinin mətbuat katibi Culiya Kinq məsələ ilə bağlı şərh vermək istəməyib: “Biz müxtəlif spekuluasiyaları və şaiyələri şərh etmirik”.

SOCAR-dan isə xəbərlə bağlı şərh almaq mümkün olmayıb.

“Reuters” qeyd edir ki, “Exxon Mobil” şirkətinin “Əsrin müqaviləsi”ini tərk etməsi şirkətin Azərbaycandakı 25 illik iştirakının sonu olacaq. “Exxon” 1994-cü ildə Azərbaycanın indiki neft sənayesinin yaradılmasının əsasını qoymağa kömək edən beş Amerika şirkətindən biri idi. “Əsrin müqaviləsi”ndə iştirak edən şirkətlərin konsorsiumu BP tərəfindən idarə edilsə də bu layihə o dövrlər ABŞ-dan güclü dövlət dəstəyi alıb. Müqavilədə Amerikanın beş şirkəti- “Exxon”, “Amoco”, “Unocal”, “Pennzoil” və “McDermott” iştirak edirdilər.

Bu dəfə Amerika neft nəhəngi Azərbaycanı tərk edir


Bu layihə ona görə Qərbdən güclü dəstək almışdı ki, orada layihənin Avropanın Rusiyadan energetika asılığını azaldacağına ümid edirdilər. Lakin agentlik qeyd edir ki, yeni kəşf edilən yataqlar özünü doğrultmadığından bu ümidlər də əriyib getdi. ABŞ şirkətlərinin əksəriyyəti öz paylarını rəqiblərinə satdı, Amerika administrasiyasının da layihəyə dəstəyi azaldı. Azərbaycan da özünün energetika sərvətləri üzərində nəzarət baxımından daha inamlı odu, dövlət neft şirkəti SOCAR vasitəsilə energetika layihələrində iri paylar əldə etdi.

Bu dəfə Amerika neft nəhəngi Azərbaycanı tərk edir


Əgər “Exxon Mobil” Azəri-Çıraq-Günəşli yataqlarındakı payını satmağı reallaşdırsa bu layihədə “Chevron” tək Amerika şirkəti olaraq qalacaq. Bu şirkət layihədə 9.57 faizlik paya malikdir. BP və SOCAR-ın payları isə 30.4 və 25 faizdir.

Bildirilir ki, son illər “Exxon Mobil” daha çox Birləşmiş Ştatlarda şist neft yataqlarına, habelə Qayanada bir sıra iri neft yataqlarının kəşfinə maraq göstərir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *