“Azərbaycan təmas xətti boyu təpələr tikir, hücuma keçmək üçün...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi

“Azərbaycan təmas xətti boyu təpələr tikir, hücuma keçmək üçün...”

“Azərbaycan təmas xətti boyu təpələr tikir, hücuma keçmək üçün...”

Ermənistandakı seçki kampaniyasında Qarabağ məsələsi əsas spekulyasiya mövzusu olaraq qalır və bu məsələdən Nikol Paşinyanın devirdiyi Respublika partiyası ona qarşı istifadə etmək üçün bütün gücünü səfərbər edib. Serj Sərkisyanın partiyasının əsas tezisi bundan ibarətdir ki, Paşinyanın Qarabağ məsələsində hansısa güzəştlərə getmək kimi gizli planı var.

Bu məsələdə vaxtilə Sərkisyan hakimiyyətinə qarşı müxalifətdə olmuş David Şahnazaryan-Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri xüsusi fəallıq edir. Belə ki, Şahnazaryan indi respublikaçıların tərəfinə keçib və partiyanın siyahısından deputatlığa namizəddir. O, az qala hər gün Qarabağ mövzusunda çıxışlar edərək Paşinyanın “torpaqları qaytarmaq niyyəti” barədə iddialar səsləndirir.

“Azərbaycan təmas xətti boyu təpələr tikir, hücuma keçmək üçün...”


Virtualaz.org xəbər verir ki, bu dəfə Şahnazaryan Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında MDB-nin Düşənbə sammiti zamanı təmas xəttində atəşkəsin qorunmasına, iki ölkə rəhbərləri arasında operativ rabitənin qurulmasına dair əldə edilmiş anlaşmanın Yerevana sərf etmədiyini deyib.

“Əgər diplomatiyada düşmən sizə faydalı olan nəsə təklif edirsə deməli bu böyük tələdir”-Şahnazaryan deyir.

D.Şahnazaryan bildirir ki, bu anlaşmadan istifadə edərək Azərbaycan Naxçıvan istiqamətində yeni mövqelərini möhkəmləndirir. Habelə Qarabağda təmas xətti boyu süni təpələr yaradır. Gələcəkdə bu təpələrdən hücuma keçmək üçün.

“Azərbaycan təmas xətti boyu təpələr tikir, hücuma keçmək üçün...”


Şahnazaryan deyir ki, Naxçıvan istiqamətində tərəflərin mövqeləri arasında qalan ərazi may ayından başlayaraq Azərbaycanın xeyrinə azalıb. Azərbaycan ordusunun Naxçıvanda dislokasiya olunmuş bölmələri dəfələrlə deyildiyi kimi öz nəzarətindəki əraziləri xeyli artırıb.

“Nə baş verib? Düşənbədəki görüşdən sonra həmin mövqelər, hansı ki, artıq tutulmuşdu, yeni təchizat yolları ilə möhkəmləndirilib. Düşənbə razılaşması bax bunun üçün lazım idi”-Şahnazaryan iddia edib.

Erməni siyasətçi onu da iddia edir ki, Qarabağda təmas xətti boyu Azərbaycan hələ may ayından təpələr tikməyə başlamışdı, amma erməni tərəfinin açdığı atəşlərə görə həmin işlər dayandırılmışdı. “Təmas xəttindən 1300-1700 metr aralı, bir-birindən beş kilometr məsafədə təpələr. Sentyabrın 27-dən sonra həmin işlər böyük sürətlə davam etdirilir”-o deyib.

“Azərbaycan təmas xətti boyu təpələr tikir, hücuma keçmək üçün...”


Şahnazaryana görə həmin süni təpələrin ikili təyinatı var-həm müdafiə, həm hücum əhəmiyyətlidir.

“Erməni tərəfinin siyasətini nəzərə alanda biz tərəfdən hücum nəzərdə tutulmur, Azərbaycan isə gecə-gündüz müharibə haqda danışır. Deməli bu təpələr müstəsna olaraq hücum əhəmiyyətlidir. Yəni Azərbaycan Qarabağa hücum etmək üçün hazırlıqlar görür”-keçmiş xüsusi xidmət rəhbəri bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *