Azərbaycanlı oliqarxla göydələn tikib penthausu prezidentə bağışlamaq? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Sosial

Azərbaycanlı oliqarxla göydələn tikib penthausu prezidentə bağışlamaq?

Azərbaycanlı oliqarxla göydələn tikib penthausu prezidentə bağışlamaq?

Populyar Amerika saytı “BuzzFeed” prezident Donald Trampın şirkətinin Moskvada inşası planlaşdırılan “Trump Tower” göydələnində 50 milyon dollarlıq penthausu Rusiya dövlət başçısı Vladimir Putinə bağışlamağı vəd etdiyini üzə çıxarıb. Bu göydələnin inşasını Donald Tramp 2013-cü ildə gözəllik müsabiqəsi keçirmək üçün səfər etdiyi Moskvada azərbaycanlı oliqarx-milyarder Araz Ağalarovla müzakirə etmişdi.

Azərbaycanlı oliqarxla göydələn tikib penthausu prezidentə bağışlamaq?


Trampın Moskvada bina tikib penthausu Putinə bağışlamaq niyyəti barədə nəşri ABŞ prezidentinin keçmiş biznes tərəfdaşı Feliks Sater məlumatlandırıb. O deyib ki, Rusiya prezidentinə mənzil bağışlamaq planını Trampın hüquqşünası Maykl Koenlə birlikdə hazırlayıb.

“Mənim ideyam belə idi ki, Putinə qiyməti 50 milyon dollar olan penthausu bağışlayaq və qalan mənzilləri 250 milyon dollara sataq”-Feliks Sater deyib. Onun sözlərinə portalın daha bir anonim mənbəsi təsdiqləyib.

Azərbaycanlı oliqarxla göydələn tikib penthausu prezidentə bağışlamaq?

Feliks Sater Trampla


Həmin dövrdə Trampın şəxsi hüquqşünası olan Koen ideyanı Putinin mətbuat katibi Dmitri Peskovla müzakirə edib. Amma Trampın özünün Putinə mənzil bağışlamaq planından nə dərəcədə məlumatlı olduğu bəlli deyil. Tramp dəfələrlə deyib ki, Feliks Sateri tanımır, hərçənd biznesmenin ofisi gələcək Amerika liderinin iqamətgahı ilə eyni binada yerləşirdi. O cümlədən Trampın Saterlə birlikdə çəkilmiş fotosu da var.

Öz növbəsində Koen noyabrın 29-da səhər saatlarında öz təşəbbüsü ilə məhkəməyə gedib və orada Trampın Rusiya layihələri barədə yalan ifadələr verdiyini etiraf edib. Rusiyanın Amerika seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller bildirib ki, Koen yeni ifadəsini yazılı şəkildə çatdırıb. Əvvəl isə həmin Koen Trampa görə güllə qabağına da getməyə hazır olduğunu deyirdi və istintaqa 70 saatdan çox davam edən ifadə vermişdi.

İndi isə vəkil bildirir ki, Moskvada “Trump Tower” göydələninin tikintisi layihəsinin müddəti barədə yalan danışıb. 2017-ci ilin avqustunda Koen demişdi ki, Moskva layihəsi 2016-cı ildə ləğv edilib. Amma indi bildirir ki, hələ 2016-cı ilin iyununda, yəni Trampın prezidentliyə namizəd olduğu dövrdə Feliks Saterlə Moskvada bina tikintisi planlarını müzakirə edirdi. Hüquqşünas bu danışıqlar barədə Trampı və ailə üzvlərini xəbərdar etdiyini də bildirib.

Azərbaycanlı oliqarxla göydələn tikib penthausu prezidentə bağışlamaq?

Tramp və Koen


Koen Rusiya məmurları ilə təmaslar barədə də yalan danışdığını etiraf edib. Deyib ki, 2016-cı ilin yanvarında Dmitri Peskovla telefonda 20 dəqiqəyə yaxın danışıb. Əvvəlcə isə Koen Peskova elektron məktub göndərdiyini, ancaq cavab almadığını demişdi.

Lakin Koen bildirib ki, bu danışıqlara baxmayaraq onun Moskvaya səfəri alınmayıb və layihə reallaşmayıb. “Mən qeyd etmək istərdim ki, doğrudan da ora getməmişəm və heç vaxt Rusiyada olmamışam”-Koen bildirib.

Ötən il Senat qarşısında ifadə verəndə isə Koen heç vaxt “Trump Tower”-in tikintisi planları ilə bağlı Rusiyaya səfər etmək niyyətində olmadığını demişdi. Xüsusi prokuror Müller bildirib ki, Koenin həmin ifadəsi də yalan olub və o layihə üzərində işləmək üçün şəxsən Rusiyaya getməyə hazırlaşıb. Bundan əlavə Moskvaya səfər etmək planını Trampla da müzakirə edib.

Azərbaycanlı oliqarxla göydələn tikib penthausu prezidentə bağışlamaq?

Robert Müller


Jurnalistlər xəbər verir ki, Koenin etirafları və BuzzFedd portalının yazdıqları Donald Trampın G20 sammitində iştirak etmək üçün Argentinaya səfərə çıxdığı bir vaxta təsadüf edib. Və Trampın bu xəbərlərə görə qanı bərk qaralıb. O, Argentinadan dalbadal tvitlər ataraq Rusiyada biznes qurmaq planlarını müdafə edib.

Tramp biznes sövdələşməsini “çox qanuni” və “çox yaxşı” adlandırıb, lakin əlavə edib ki, o sonradan Rusiya layihəsindən əl çəkib.

"Hə elədir. Belə olub. Mən çox yaxşı inşaatçıyam, öz həyatımı xoşbəxt bir şəkildə yaşayıram. Birdən görəndə ki, bizim Ölkəmiz (yumşaq desək) səhv istiqamətdə gedir, bütün çətinliklərə baxmayaraq prezidentliyə namizəd olmağı qərara alıram və öz biznesimi də çox qanuni və çox yaxşı davam etdirirəm. Bu barədə kampaniya ərzində danışmışam...Bu arada hardasa, Rusiyada nəsə tikmək ideyasına da yüngülvari baxmışam. Ora sıfır pul qoymuşam, sıfır qarantiya vermişəm və layihəni də etməmişəm. Əcinnə ovu!”-ABŞ prezidenti yazıb.

Trampın Moskvada göyədlən tikmək planlarını Araz Ağalarovla müzakirə etdiyi çoxdan məlumdur. 2013-cü ildə onlar Moskvada bu planı müzakirə ediblər. Ağalarov özünün “Crocus Sity” yaşayış və biznes kompleksinin ərazisində Trampın adını daşıyan göydələnin tikintisi üçün yer ayırmağa hazır idi. Amma biznesmen demişdi ki, sonradan Tramp bu ideyadan daşındı.

Azərbaycanlı oliqarxla göydələn tikib penthausu prezidentə bağışlamaq?


Putinə gəldikdə isə Trampın adını daşıyan göydələn tikilsəydi belə onun həmin binanın penthausunda yaşamağa razı olacağı əlbətdə, ağlabatan deyil. Axı harada görünüb ki, prezident iri biznesmenlərlə birlikdə hansısa göydələndə yaşasın? “Buna inanmağım gəlmir”-Rusiya hökumət məmurlarından biri belə deyib.

Əslində 1990-cı illərdə Rusiya prezidentinin və tanınmış adamların yaşayacağı binanın tikintisi reallaşıb. “Gazeta.ru” qeyd edir ki, Osenniy küçəsində belə bina tikilib və plana görə orada prezident Boris Yeltsin rus elitasının bir sıra nümayəndələri ilə birlikdə yaşamalı idi. Amma Yeltsin həmin binada demək olar ki, yaşamayıb və şəhərətrafı iqamətgahında qalıb.

Ehtimal edilir ki, Koenin əvvəl verdiyi ifadəni dəyişməsi və yalan danışdığını etiraf etməsi, nəticədə Müllerin Rusiya təhqiqatına dair yeni dəlillər əldə etməsi Trampın G20 sammitində Putinlə nəzərdə tutulan görüşünü qəfil ləğv etməsinin səbəbləridir.

Noyabrın 30-da Ağ Ev bəyan edib ki, bu təhqiqat çox güman Rusiya və Birləşmiş Ştatlar arasındakı münasibətlərə ziyan vurub.

Ağ Evin sözçüsü Sarah Sanders deyib: "Təəssüf ki, bu, bizim Rusiya ilə münasibətlərimizi zədələyib”. Sanders Müllerin təhqiqatını “Rusiya Əcinnə Ovu” adlandırıb:"Buna baxmayaraq bizim görüşümüzün ləğv edilməsinin səbəbi Ukraynadır. Ümid edirik ki, bu məsələ tezliklə həllini tapsın və məhsuldar söhbətlər başlansın”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *