Azərbaycan nefti sayəsində zəngin oldu, indi Uzundərə sakinləri ilə çəkişir... » AzNews.info -Xəbər portalı

Azərbaycan nefti sayəsində zəngin oldu, indi Uzundərə sakinləri ilə çəkişir...

Azərbaycan nefti sayəsində zəngin oldu, indi Uzundərə sakinləri ilə çəkişir...

Türkiyənin İzmir bölgəsinin Qarabağlar qəsəbəsinə bağlı Uzundərə kəndinin sakinləri Azərbaycandakı “Merd Petrol” yanacaqdoldurma məntəqələrinin və eyni adlı şirkətin sahibi Ercan Turanla məhkəmədə çəkişir.

Virtualaz.org Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, bu çəkişməyə səbəb Ercan Turanın digər şirkəti “Adem Petrol”un həmin kəndin ərazisində geotermal su yataqlarının kəşfiyyatının aparılmasına dair hökumətdən aldığı icazədir.

Azərbaycan nefti sayəsində zəngin oldu, indi Uzundərə sakinləri ilə çəkişir...


Kəndlilər həmin kəşfiyyat fəaliyyətlərinin ətraf mühitə, zeytun və əncir bağlarına ziyan vuracağını deyirlər. Kəndin 269 sakini adından şirkətə verilən icazənin ləğv edilməsi üçün məhkəmə iddiası qaldırılıb. Lakin məhkəmədə Ətraf Mühit və Şəhərsalma bölgə müdirliyinin məmurları və “Adem Petrol”un hüquqşünasları eyni mövqedən çıxış edərək geotermal su qaynaqlarının tapılması üçün aparılacaq kəşfiyyat işlərinin ətraf mühitə zərər vurmayacağını deyiblər.

Azərbaycan nefti sayəsində zəngin oldu, indi Uzundərə sakinləri ilə çəkişir...


Kəşfiyyat işləri üçün ayrılan ərazidə əkin sahəsi olan Fatma Yılmazer adlı kəndli deyib ki, həmin zeytun və əncir ağaclarını əllərində vedrə ilə su daşıyaraq suvarıblar. “Bu zeytun və əncir ağacları ilə anam məni oxutdu. Mən də indi uşağımı oxuduram. Bu geotermal bizə zərər verərəcək. Bizə ilanlar və çaqqallar zərər vermədi, amma “Adem Petrol” zərər verəcək. Bizə toxunmasınlar”-o deyib.

Məhkəmə tərəfləri dinlədikdən sonra qərarı daha sonra açıqlayacağını elan edib.

Azərbaycan nefti sayəsində zəngin oldu, indi Uzundərə sakinləri ilə çəkişir...


Ercan Turan 1967-ci ildə İğdırda anadan olub. Orta məktəbi orada bitirdikdən sonra Azərbaycanda ali təhsil alıb, Gəncə Pedaqoji Universitetində tarix və coğrafiya fakültəsini bitirib. 1977-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev İzmirə səfər edəndə Ercan Turan onunla tanış olmaq fürsəti əldə edib. Daha sonra Əliyev Turanı Azərbaycana dəvət edib. Həmin il Turan Bakıda “Merd Petrol” adlı şirkət qurub və Azərbaycan neftinin alverinə başlayıb. Hazırda Azərbaycanda bu şirkətin “Merd Petrol”, yaxud MP adlı yanacaqdoldurma məntəqələri də fəaliyyət göstərir. Turan 30 ildir ki, İzmirdə yaşayır.

2015-ci ildə o AKP-dən millət vəkilliyinə namizəd olmaq istəyib, ancaq namizədliyi dəstək qazanmayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *