Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi 2500 MANAT CƏRİMƏ OLUNDU

Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

Səbail Rayon Məhkəməsində AXCP sədri Əli Kərimli və digər 10 nəfərin işinə baxılıb.

Məhkəmənin qərarı ilə Ə.Kərimli 2500 manat cərimə olunub və sərbəst buraxılıb.

Digər saxlanılanlar isə 400 və 500 manat məbləğində cərimələniblər.

Məhkəmə binası qarşısında Əli Kərimlini onlarla tərəfdarı qarşılayıb.

AXCP sədri tərəfdarları önündə çıxış edərək saxlanılmasını qanunsuz adlandırıb.

Ə.Kərimli bəyan edib ki, tezliklə KİV üçün daha ətraflı məlumat yayılacaq.

Virtualaz.org xəbər verir ki, Səbail rayon məhkəmənin qərarına əsasən, saxlanılanlardan 7 nəfər cərimə edilərək sərbəst buraxılıb.

Üç nəfərə isə həbs cəzası verilib. AXCP üzvləri – Ağababa Cəfərli, Ruslan Əmirov və Cavid İbrahimov hərəsi 20 sutka həbs cəzaları alıblar.

Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi


* * *11:57

AXCP sədri Əli Kərimli Səbail Rayon Məhkəməsinə gətirilib.

Virtualaz.org bildirir ki, bu barədə sosial şəbəkələrdə AXCP fəalları məlumat paylaşıblar.

Xatırladaq ki, noyabrın 17-i saat 15 radələrində AXCP rəhbərliyi və bir qrup partiya fəalı, eləcə də digər siyasi qurumların nümayəndələri Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanına icazəsiz yürüşə cəhd ediblər. Nəticədə 52 nəfər saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb.

Orada izahatı alındıqdan sonra 41 nəfər, o cümlədən Cəmil Həsənli sərbəst buraxılıb.

Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) və 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddələri ilə ittiham edilir.

Digər şəxslər isə təkcə 513.2-ci maddə ilə təqsirli bilinirlər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *