Əli Kərimli yenə “Müsavat”a atdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Əli Kərimli yenə “Müsavat”a atdı

Əli Kərimli yenə “Müsavat”a atdı

Prezident seçkiləri ərəfəsində Azərbaycan müxalifəti bir neçə mitinq keçirməyə söz vermişdi. Müxalif Milli Şuranın lideri Cəmil Həsənli “Musavat” partiyasına və REAL hərəkatına müraciət edərək, birgə mitinqlər təşkilini təklif edib.

“Müsavat” başqanı Arif Hacılı özünün “Facebook” səhifəsində bu təklifə müsbət cavab verib. Sızmış məlumata görə, Milli Şura ilə “Müsavat” arasında birgə mitinqlərin keçirilməsi ilə bağlı məsləhətləşmələr başlayıb.

Lakin elə ilk günlərdən müxalif qüvvələrin bu özünəməxsus koalisiyası zərbə altında qalıb. İş burasındadır ki, Milli Şuranın əsas gücü hesab edilən AXCP lideri Əli Kərimli danışıqların nəticələrini gözləməyərək, Bakı Şəhər İcra Hakimiyyətinə mitinq keçirilməsi üçün müraciət ünvanlayıb.

Belə ki, Ə.Kərimli paytaxt hakimiyyətindən martın 4-də mitinq keçirmək üçün yer ayrılmasını tələb edib, meriya isə mitinqin martın 3-də keçirilməsini tövsiyə edib. Əli Kərimlinin belə separat hərəkətləri “Müsavat” partiyasında çox böyük narazılıqla qarşılanıb və onlar AXCP liderini hörmətsizlikdə ittiham ediblər.

Nəticədə, müxalifətin borgə mitinq keçirmək təşəbbüsü sual altında qalıb. Maraqlıdır ki, bununla Əli Kərimli ilk dəfə deyil ki, hər hansı siyasi partiya ilə birliyə qarşı çıxır. O hesab edir ki, AXCP və Milli Şura ölkədə yeganə müxalif güclərdir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *