Türkiyənin Azərbaycandakı səfirinin təcili bəyanatı: “Türkiyə Ermənistandan gələn avtomobillər üçün sərhədləri açmayıb” » AzNews.info -Xəbər portalı

Türkiyənin Azərbaycandakı səfirinin təcili bəyanatı: “Türkiyə Ermənistandan gələn avtomobillər üçün sərhədləri açmayıb”

Türkiyənin Azərbaycandakı səfirinin təcili bəyanatı: “Türkiyə Ermənistandan gələn avtomobillər üçün sərhədləri açmayıb”

Dünən Türkiyənin aparıcı xəbər portallarından biri olan “Habertürk” əsassız erməni iddiaları ilə mübarizə dərnəyi ASİMDER-in başqanı Göksel Gülbeyə istinadla sensasion xəbər yayaraq bildirib ki, Türkiyə Ermənistandan gələn TIR yük maşınları üçün sərhədlərini açıb. Onun sözlərinə görə, Ankara illik 400 yük maşınına Trabzon limanından yük daşınmasına icazə verib. Bu cür icazə Türkiyənin Gürcüstandakı səfirliyi tərəfindən verilibmiş.

Bəyanatın ciddiliyini nəzərə alaraq, virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbəri dərc edib. Yazının dərc edilməsindən dərhal sonra redaksiyamıza Türkiyə səfirliyinin mətbuat katibi Hamit Karadeniz zəng edib və səfir Erkan Özoralın təkzibini çatdırıb. H.Karadenizin sözlərinə görə, yaxın saatlarda bu məlumat “Habertürk” portalından da xaric ediləcək.

Türkiyənin Azərbaycandakı səfirinin təcili bəyanatı: “Türkiyə Ermənistandan gələn avtomobillər üçün sərhədləri açmayıb”


Türkiyə səfirinin bəyanatını diqqətinizə çartdırırıq:

“Bir sıra KİV-lərin Türkiyənin sərhədlərini Ermənistandan gələn yük maşınları üçün açması barədə dərc etdiyi xəbər həqiqəti əks etdirmir. Ermənistan vətəndaşları üçün Türkiyənin Gürcüstandakı səfirliyində işçi vizalarının verilməsi və sonradan onların iri tonnajlı avtomobillərinin Trabzon limanına istiqamət almasından söhbət gedə bilməz”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *